Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azad olunmuş ərazilərdə rəqəmsal əkizlərin tətbiqi investorlar üçün yeni imkanlar yarada bilər

Bakı, 21 oktyabr, AZƏRTAC

Son zamanlar gündəlik həyatımızda tez-tez işlətdiyimiz bir söz var - texnologiya. Texnologiya insanlara ehtiyac və istəklərinə daha asan, vaxta qənaət etməklə çatmaqda yardım edən vasitədir. Həmçinin insanlar texnoloji yeniliklər yaradaraq xidmətlər təşkil etməklə yanaşı, maddi rifahlarını da yaxşılaşdırırlar. Texnologiya sahəsində baş verən yeniliklər artıq cəmiyyətin bütün gözləntilərini üstələyib. Əşyaların interneti, şəbəkədə malları izləmə və məhsulları rəqəmsallaşdırma imkanları məhsulun həyat tsiklini kompleks şəkildə idarə etməyə imkan verir. Müştərinin qurğularındakı məlumatlardan istifadə etməklə müəssisə konkret müştəri üzrə ünvanlı və optimallaşdırılmış məhsullar yaratmağa imkan verən informasiya əldə edir. Rəqəmsal əkizlər bu prosesin elementlərindən birinə çevrilib.

AZƏRTAC rəqəmsal əkizlər, onun yaratdığı üstünlüklər barədə “EKM” Global Consulting GMbH şirkətinin 3D mobil xəritə və innovasiyalar üzrə konsultantı, ekspert Elşən Musayevin müsahibəsini təqdim edir.

- Əvvəlcə, rəqəmsal əkiz barədə məlumat verərdiniz və bunların avantajları nələrdir?

- Rəqəmsal əkiz son zamanlar gündəmə gələn yeni terminlərdən biridir. Bir ildən də qısa bir zamanda bu termin məşhurlaşıb. Dünyada rəqəmsal əkizlərdən istifadə edənlərin sayı artmaqdadır. Hər hansı məfhumu skan edib, onların 3D modelini hazırlamaq bu mövzuya giriş üçün sadə nümunələrdən ola bilər. Ancaq, qeyd etdiyimiz nümunəni rəqəmsal əkizə tam aid etmək doğru olmaz. Bu, sadəcə olaraq məfhumun skan edilmiş variantıdır. Bəs rəqəmsal əkiz nə deməkdir? Skan olunmuş məfhumun 3D modelini hazırlayıb, onun incəliklərini, ölçüləri də daxil olmaqla detallarını işləsək buna rəqəmsal əkiz deyə bilərik.

Daha aydın ifadə etmək lazım gələrsə, hansısa binanı skan edib, 3D modelini çıxardığımızı düşünək. Ancaq bütün bunlar bizə bina barədə informasiya vermir. Deməli, bizim yaratdığımız rəqəmsal əkiz deyil. Biz o zaman buna rəqəmsal əkiz deyə bilərik ki, bina ilə bağlı bütün məlumatlara – burada istehlak olunan işıq, su, qaz, həmçinin binanın vəziyyəti ilə bağlı real zamanda baş verən dəyişikliklər barədə məlumatlara sahib olaq.

Rəqəmsal əkiz anlayışının daha geniş formasına hansısa şəhəri, ölkəni nümunə gətirmək olar. Şəhərdən danışırıqsa bir çox dataları bir yerdə toplamalıyıq: Burada yerləşən binaları, geoqrafik informasiya sistemlərini, yolları, infrastrukturu. Eyni zamanda, iqtisadiyyatdakı mövcud vəziyyəti, baş verən hadisə və dəyişiklikləri, hər an dəyişə bilən statik göstəriciləri də çatdırmaq gərəkdir.

- Hazırda Azərbaycanda rəqəmsal əkizlərin tətbiqi üçün mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Bu texnoloji yeniliyə marağın artırılması üçün hansı addımlar atılmalıdır?

- Azərbaycanda rəqəmsal əkizlərin tətbiqi ilə bağlı əlverişli şərait olsa da, hazırda ölkədə istifadə edilmir.

Rəqəmsal əkizlər sadə insanların gündəlik tələbatı, ehtiyacı deyil. Bu, daha çox dövlət və özəl qurumların istifadə edəcəyi, onlara lazım olan datalardır. Rəqəmsal əkizlərin ölkədə tətbiqi üçün əvvəlcə bu sahədən anlayışı olan mütəxəssislər yetişdirilməli, bundan istifadədə maraqlı olan şəxslər arasında maarifləndirmə işləri aparılmalıdır. Diqqətə çatdırım ki, rəqəmsal əkizlər böyük həcmli serverlər tələb edir. Bu yaxınlarda Barselonada “Leica User Group”un iclasına qatıldım. Orada bir çox təqdimatlar nümayiş edildi. Təqdimatların birində Milan şəhərinin rəqəmsal əkizini yaratmışdılar. Rəqəmsal əkizdə şəhərlə bağlı hansı məlumatların və statistik göstəricilərin yer aldığı, bunların yerləşdirilmə səbəbləri və istifadəsi ilə bağlı bilgilər verildi. Mövzu ilə əlaqədar ünvanlanan suallardan biri bu rəqəmsal əkizin həcminə aid idi. Suala cavab olaraq həcmin 300 terabayt olduğunu söylədilər. Bu, çox böyük bir rəqəmdir və biz gələcəkdə Azərbaycanda rəqəmsal əkiz yaradarsaq böyük serverlərə ehtiyacımız olacaq. Düşünürəm ki, bu sahə ilə məşğul olan mərkəzləşdirilmiş bir qurum olmalıdır və digər qurumların da bu datalardan istifadəsi üçün əlçatanlıq təmin edilməlidir.

Fikrimcə ki, Azərbaycanın həmin texnoloji yeniliyi tətbiq etmək üçün maliyyə gücü var. Bu məsələdə böyük maliyyə tələb olunmur. Ölkənin strateji planında bununla bağlı müddəalar yer ala bilər və dövlət səviyyəsində rəqəmsal əkizlərlə bağlı işlərin görülməsi mümkündür. 3D mobil xəritə dedikdə, bir çoxları onun mahiyyətini anlamırdı. Amma “Azərişıq” ASC tərəfindən bunun tətbiqi ilə bağlı konkret iradə ortaya qoyuldu. Deməli, Azərbaycanda yeni texnologiyaların tətbiqi üçün imkanlar var və qurumlar tərəfindən də istək olmalıdır. Hesab edirəm ki, Azərbaycan bu kimi texnologiyaların tətbiqində gecikməyib. Əgər işlərə daha tez başlasaq ölkəmiz bu istiqamətdə irəlidə də ola bilər. Hətta gələcəkdə Azərbaycan öz modelini təcrübə kimi dünya ölkələri ilə də paylaşa bilər.

- Sizin fikrinizcə, ilk addımı serverlər və datalar yaradaraq dövlət atmalıdır və daha sonra özəl qurumlar dövlətlə əməkdaşlıq çərçivəsində bundan faydalanmalıdır?

- Vacib bir məsələyə toxundunuz. Bununla bağlı Amerikanın təcrübəsinə müraciət etmək olar. Amerikada bu, dövlət tərəfindən yaradılır və şirkətlərin istifadəsinə verilir. Sahibkar buradakı məlumatlardan yararlanıb öz biznesini rahatlıqla yarada bilir və bazar araşdırmasına sərf olunacaq vaxtı daha da minimuma endirir. Rəqəmsal əkizlər vasitəsilə ərazinin əvvəlcədən tanıdılması, statistik göstəricilərin, maliyyə və satışla ilə bağlı sualların cavablandırılması, insanların alıcılıq qabiliyyəti ilə bağlı məlumatın verilməsi ölkəyə investorun cəlbində də böyük rol oynayır və iqtisadiyyatın inkişafına töhfə verir.

- Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı layihələr həyata keçirilir, xarici və daxili sərmayələrin cəlbi üçün dövlət tərəfindən mühüm addımlar atılır. Rəqəmsal əkizlərin tətbiqi bu sahədə investorlara hansı üstünlüklər yaradacaq?

- Çox gözəl sualdır. Azad olunmuş ərazilərdə hazırda infrastruktur dağılmış vəziyyətdədir, şəhərlər və kəndlər yenidən qurulur. Hazırda orada ciddi layihələr reallaşdırılır. Çünki həmin ərazilərdə biznesin inkişafı üçün əvvəlcə əsas vacib olan yol, işıq, su ilə bağlı infrastruktur qurulmalıdır. Bu gün bütün bunlar çox sürətlə həyata keçirilir. Burada rəqəmsal əkizlərin tətbiqi bizə əlavə imkanlar yaradacaq. Yeni infrastrukturun mövcud olduğu ərazilər, logistik imkanlar, şəhərlərin və kəndlərin biznes imkanları ilə bağlı məlumatlar təqdim olunacaq. Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından logistik hab rolunu oynamaq potensialına malikdir. Həmçinin Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkələr sırasındadır. Bütün bu məlumatların yer aldığı rəqəmsal əkizi yaratdıqdan sonra müəyyən təhlillərin aparılması üçün ekspertlər cəlb olunmalıdır. Hesab edirəm ki, biz gələcəkdə süni intellektdən də istifadə etməliyik. Bütün bunların yaradılmasında isə başda insan faktoru dayanır.

- Rəqəmsal əkizlərin Azərbaycanda tətbiqindən əvvəl bu sahədə ixtisaslı kadrlar olmalıdır. Təcrübəli mütəxəssislərin hazırlanması, aidiyyəti qurumlarla bu istiqamətdə əməkdaşlıq imkanları ilə bağlı nə deyə bilərsiniz?

- Bir konsultant kimi deyə bilərəm ki, bu istiqamətdə uzun və qısamüddətli müxtəlif layihələr reallaşdırılmalıdır. Müəyyən peşəkar təlimlər keçirilməli, daha sonra bu təlimləri yüksək səviyyədə mənimsəyən təlimçilər seçilməlidir və onlar da gələcəkdə təlimlər deyərək kadrların hazırlanmasına töhfə verməlidirlər. Digər tərəfdən ölkədəki təhsil sistemi ilə tanış olub, mümkündürsə bu sahəyə girişlə bağlı dərsliklərə müvafiq əlavələr edilə bilər.

- İşğaldan azad olunmuş ərazilərdə rəqəmsal əkizlərin tətbiqindən danışdıq. Hazırda infrastrukturun mövcud olduğu şəhərlərə - misal üçün Bakıya nəzər salsaq rəqəmsal əkizlərin burada tətbiqi dövlətə hansı imkanları yaradar?

- Düşünürəm ki, ilk olaraq pasportlaşma ilə əlaqədar işlər görülməlidir. Hökumət tərəfindən də bu istiqamətdə addımların atılması ilə bağlı müəyyən tapşırıqlar var. Binaların quşbaxışı təsviri olmalıdır, daha sonra binaların tam görünüşü, forması təyin edilməlidir. Bundan Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi, hüquq-mühafizə orqanları, kommunal xidmət göstərən qurumlar istifadə edə bilər. Eyni zamanda, gələcəkdə mövcud binanın sökülməsi və yerində istər yeni binanın, istərsə də başqa tikintilərin aparılması üçün rəqəmsal əkizdən istifadə böyük rol oynayır.

- Son olaraq əlavə etmək istədikləriniz fikirlər varmı?

- Hazırda Azərbaycanda daha çox oluram. Bu sahənin inkişafı ilə əlaqədar işlər görməyə çalışırıq. 3D mobil xəritə ilə bağlı Azərbaycan dilində proqramlarımız var. Bu işləri görərkən anlayıram ki, mən bir məsləhətçi kimi bu sahədə layihələrin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda inkişaf etdirilməsində daha faydalıyam. Həmçinin xarici ölkələrdəki təcrübənin ölkəmizdə tətbiq olunması istiqamətində səylər göstəririk.

Ötən il Almaniyanın Essen şəhərində keçirilən sərgidə “Azərişıq” ilə birgə stenddə təmsil olunurduq. Daha sonra həmin qurumla əməkdaşlıq edərək 3D mobil xəritəni tətbiq etdik. Bu il isə Almaniyada keçirilən sərgidə həmin layihənin müsbət nəticələnməsinin təqdimatı oldu. Bütün bunları Azərbaycanın uğuru hesab edə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq