SİYASƏT


Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni təminat yollarının çəkilməsi üzrə mühəndis işləri icra edilir.

Noyabrın 22-dən dekabrın 2-dək yalnız Tərtər-Goranboy rayonları istiqamətində yeni yolların çəkilməsi zamanı qarşı tərəfdən qurulmuş Ermənistan istehsalı olan 537 ədəd piyada əleyhinə, 101 ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

İşğaldan azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələri tərəfindən bu günədək ümumilikdə 13177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16860 mina və partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikaları da cəlb edilib.

Bölmələrimizin azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.