İQTİSADİYYAT


“Azəravtoyol” ASC tərəfindən 686,3 kilometr  yol təmir edilərək yenidən qurulub

Bakı, 24 oktyabr, AZƏRTAC

2017-ci ilin 9 ayı ərzində uzunluğu 686,3 kilometr olan avtomobil, prospekt və küçə yolları tikilib, yenidən qurulub və təmir olunub.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, sözügedən yolların 85,7 kilometri respublika əhəmiyyətli, 522,4 kilometri yerli əhəmiyyətli, 78,2 kilometri isə Bakı şəhəri üzrə yollara aiddir.

Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 12 ədəd yeni körpü tikilib, 10 ədədi isə təmir edilib, 4 ədəd piyada keçidi inşa olunub.

Bundan əlavə, ümumilikdə ASC tərəfindən 1 milyon 165,5 min ton asfalt-beton, 64,1 min ton bitum və 7,2 min ton mazut istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.