İDMAN


“Azerbaijan International 2019” badminton turnirinin hazırlıq işlərinə yüzdən çox könüllü cəlb olunacaq

Bakı, 27 may, AZƏRTAC

İyunun 6-dan 9-dək Bakı İdman Sarayında keçiriləcək badminton üzrə “Azerbaijan International 2019” turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verəcəklər.

AZƏRTAC Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin hazırlıq işlərində 100-dən çox könüllü fəaliyyət göstərəcək. Könüllülər iştirakçıların hava limanında qarşılanması, yönləndirilməsi, idmançıların və nümayəndə heyətlərinin üzvlərinin müşayiət olunması, məlumatlandırılması, eləcə də tədbir məkanının təşkil edilməsi işlərinə cəlb olunacaqlar.

“BİR” tələbə-könülləri bu sahədə kifayət qədər təcrübəyə malikdir. Tələbə-könüllülər daha əvvəl ölkəmizdə keçirilən bir çox dövlət və beynəlxalq əhəmiyyətli idman tədbirlərində fəaliyyət göstəriblər. “BİR” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox üzvə malikdir. Tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.