REGİONLAR
Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə Xaçmazda ağacəkmə aksiyası keçirilib
Xaçmaz, 8 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 8-də Xaçmaz rayonunda keçirilən yaşıllaşdırma aksiyası çərçivəsində ədliyyə işçiləri 0,5 hektar ərazidə 100-dən çox ağac əkiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Xaçmaz rayonun Müzəffəroba kəndi yaxınlığında, meşə zolağının boş ərazisində müxtəlif növ ağac tingləri əkilib, təmizlik və abadlıq işləri aparılıb.
Ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə keçirilən ağacəkmə aksiyasında Xaçmaz Regional Ədliyyə İdarəsi, o cümlədən idarənin ərazi yuridiksiyasına daxil olan rayonların yerli ədliyyə qurumlarının işçiləri fəal iştirak ediblər.