Azərbaycan Ağsaqqallar Şurasının sədri Türkiyədəki zəlzələ ilə əlaqədar başsağlığı verib
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, başsağlığında qardaş ölkənin Kahramanmaraş və digər bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olmasının kədər hissi ilə qarşılandığı bildirilir, xəsarət alanların tezliklə şəfa tapmaları arzulanır.
“Bu, hər iki xalqlın faciəsi, hər birimizin kədəridir. Bu dəhşətli faciə ilə əlaqədar türk qardaşlarımıza səbir arzu edərək, acılarını ürəkdən bölüşürük. Uca Allah xalqlarımızı bütün bəlalardan qorusun”, - deyə başsağlığında qeyd olunur.
Xəbərin mətnində orfoqrafik səhv var