MƏDƏNİYYƏT
Azərbaycan Almaniyada keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcəkdir
Bakı, 7 mart (AZƏRTAC). Martın 9-dan 13-dək Almaniyada keçiriləcək “İTB Berlin” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 104 kvadratmetr lövhədə alman və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları vasitəsilə nümayiş etdiriləcəkdir.
Nazirliyin aparat rəhbəri Firudin Qurbanov, turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Cəmil Kəlbəliyev, BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 6 üzvü, ölkəmizdə fəaliyyət göstərən 12 hotel və turizm şirkətinin əməkdaşları, eləcə də bir neçə KİV nümayəndəsi də sərgidə olacaqlar.
Qeyd edək ki, Azərbaycan bu sərgidə hər il iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]