İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına divident ödəyəcək
Bakı, 27 aprel (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci ilin yekunlarına əsasən səhmdarlarına divident ödəyə bilər.
AZƏRTAC xəbər verir ki, ABB-nin prezidenti Cahangir Hacıyev bu məsələnin bankın Müşahidə Şurasının aprelin 29-da keçiriləcək iclasında müzakirə ediləcəyini demişdir.
C.Hacıyev bildirmişdir ki, ötən ilin nəticələrinə əsasən bankın 53 milyon manat bölüşdürülməmiş mənfəəti toplanıb və bankın menecmenti həmin mənfəətin bölüşdürülməsi ilə bağlı səhmdarlar qarşısında məsələ qaldırmışdır. “Təklifimiz ondan ibarətdir ki, azı 15 milyon manat dividentlərin bölüşdürülməsinə yönəldilsin, qalan hissə isə bölüşdürülməmiş mənfəət kimi qalsın ki, bu da ümumi kapitalın artırılmasına kömək edəcəkdir”-o bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]