İQTİSADİYYAT
Azərbaycan Çinə koks ixrac etməyə başlayıb
Bakı, 8 dekabr, AZƏRTAC
SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun istehsalı olan koks artıq Çinə ixrac olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırılır və dəniz vasitəsilə təyinat ölkəsinə çatdırılır.
İlkin olaraq cari ilin noyabr-dekabr aylarında layihə üzrə 27 min ton koksun daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15 min 742 ton yükün nəqli həyata keçirilib.
Qeyd edək ki, vaqon təminatı “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən aparılır.
Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]