ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti Böyük Britaniyanın nüfuzlu reytinq siyahısında
Bakı, 11 yanvar, AZƏRTAC
Böyük Britaniyanın nüfuzlu “Quacquarelli Symonds (QS)” təşkilatı Şərqi Avropa və Mərkəzi Asiya ölkələri universitetlərinin 2016-cı ilin ikinci yarımili üçün reytinq siyahısını açıqlayıb. Ölkəmizin bir neçə universitetinin də adının yer aldığı reytinq siyahısında Azərbaycan Dillər Universiteti (ADU) də var. Belə ki, ADU siyahıda 121-130-cu pillələrdə qərarlaşıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, reytinq siyahısında ilk üç yeri M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür.
Qeyd edək ki, siyahıda Türkiyə, Çexiya, Polşa, Qazaxıstan, Belarus, Estoniya və digər ölkələrin universitetləri də yer alıb.