ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Mətbuat Günü qeyd olunub
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı cəmiyyətin tərəqqisində mətbuatın mühüm rolundan danışıb, Milli Mətbuatın yaranmasının 143 illiyi münasibətilə jurnalistləri təbrik edib.
Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, həyata keçirdiyi islahatlar haqqında ətraflı məlumat verən rektor ADNSU-da elmin, təhsilin inkişafı istiqamətində qazanılan uğurların cəmiyyətə çatdırılmasında medianın rolunu vurğulayıb.
KİV nümayəndələri ADNSU-nun təhsilimizə dəyərli töhfələr verdiyini bildiriblər.
Sonra jurnalistlərə hədiyyələr təqdim olunub.