ELM VƏ TƏHSİL
Azərbaycan Ensiklopediyasına maraqlı səyahət
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Qubadlı, Zəngilan, Nardaran, Şuşa və Bakı məktəblilərinin “Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzində alimlərlə “Azərbaycan Ensiklopediyasına səyahət” adlı görüşü keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, müəllim və şagirdlərin iştirakı ilə təşkil olunmuş tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzi direktorunun müavini, professor Şaiq İbrahimov məktəblilərə Ensiklopediyanın yaranması, inkişaf tarixi və çapa hazırlanması barədə ətraflı məlumat verib.
Məktəblilər elmi mərkəzlə yaxından tanış olublar.
Bilik Fondunun sektor müdiri Hacı Abdulla və professor Şaiq İbrahimov görüşün əhəmiyyətini və məktəblilərin marağını nəzərə alaraq, birgə fəaliyyətin daha da genişləndirilməsinin, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Sonda şagirdlərə müxtəlif kitablar hədiyyə olunub.