ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu bir yaşını qeyd edəcək

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 8-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir illik fəaliyyətinə həsr olunmuş tədbir keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.