ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda vebinar: Orucluğun tarixi və Ramazanın fəzilətləri

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda vebinar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb.

Rektor 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib.

Ramazan bayramının pandemiya dövrünə təsadüf etdiyini vurğulayan rektor bayramlaşma zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyi vurğulayıb. Ramazan ayının insanın nəfsi ilə mübarizə aparmasında bir məqam olduğunu bildirən A.Şirinov bu günlərin forma və məzmun baxımından xüsusi önəmini diqqətə çatdırıb.

“Orucluğun tarixi və Ramazanın fəzilətləri” mövzusunda çıxış edən Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev hədis mənbələrinə əsaslanaraq, orucluğun tarixi, məna çalarları, faydaları barədə ətraflı söz açıb. Qurani-Kərimin nazil olduğu ayın fəzilətlərindən ətraflı bəhs edən İ.Quliyev oruc tutmağın tibbi, ictimai faydalarını da vurğulayıb.

Vebinar müzakirələr və tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

“Zoom” platforması üzərindən təşkil olunan vebinarda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.