ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda yaz semestri üzrə dərslər başlayıb

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda 2020-2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələrində yaz semestri üzrə onlayn dərslərə başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, dərslər Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, distant (məsafədən) formada “Microsoft Teams” platforması üzərindən keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq, həmçinin Təhsil Nazirliyinin müvafiq əmri ilə ölkə ərazisində fəaliyyət göstərən ali, orta və peşə məktəblərində fevralın 15-dən etibarən xüsusi praktiki məşğələlər tələb edən ixtisaslar əyani, digər ixtisaslar üzrə dərslər distant formada (məsafədən) onlayn şəkildə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.