Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Konqreslər Bürosu fəaliyyətini uğurla davam etdirir

Azərbaycan Konqreslər Bürosu fəaliyyətini uğurla davam etdirir

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi dünyanın bənzərsiz görüşlər məkanına çevirmək istiqamətində durmadan çalışan Azərbaycan Konqreslər Bürosu (AKB) cari il üçün nəzərdə tutulan fəaliyyət planını uğurla həyata keçirməkdə davam edir. Cari ilin ilk aylarından etibarən AKB dünyanın müxtəlif ölkələri ilə işləyərək, hədəf bazarlarla yaxın əlaqələr qurub və eləcə də beynəlxalq konqres və seminarlarda iştirak edib. Büro ilin ilk turizm sərgisi olan və Nyu-York şəhərində baş tutan ənənəvi “The New York Times Travel Show” sərgisində Mədəniyyət və Turizm Nazirliyinin respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə təşkil etdiyi stenddə yer alıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Büro "ACE of MICE 2016" - Konqres, Görüş və Tədbirlər sahəsi üzrə beynəlxalq turizm sərgisində də iştirak edib. Beynəlxalq işgüzar turizm bazarında önəmli yer tutan "ACE of MICE" sərgisi cari ilin mart ayında İstanbulda baş tutub. Tədbir zamanı, Büro Türkiyənin assosiasiyaları və cəmiyyətləri ilə bir sıra uğurlu görüşlər keçirib.

Həmçinin, Büro “IMEX Frankfurt” beynəlxalq sərgisində iştirak edib və bir neçə təqdimat keçirib. Təqdimat zamanı Avropa və Asiyadan olan alıcılara ölkəmizin görüş məkanları nümayiş etdirilib. Xarici sərmayələrin cəlb olunması və dünya turizm bazarında əvəzolunmaz görüşlər məkanı statusunun qazanılması baxımından Büronun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan Büro eyni zamanda 3 ilə yaxın fəaliyyəti dövründə ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən mühüm platformaya çevrilməyi bacarıb.

Qeyd edək ki, 2016-cı il Təlimlər Planına əsasən AKB-nin üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün müxtəlif təlimlər keçirilib. Təlimlərin təşkilinin əsas məqsədi yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılmasıdır. Büro cari il üçün nəzərdə tutulan ilk təlimini fevral ayının 9-da təşkil edib. Əsas mövzusu “Müvəffəqiyyətli biznes təklifin hazırlaması” olan təlimdə biznes təkliflərin əhəmiyyəti, planlaşdırılması müzakirə olunub və eyni zamanda uğurlu biznes təklifləri hazırlanmasında yaxşı təcrübələr nəzərdən keçirilib. Növbəti təlim isə sərgilərdə iştirakın səmərəliliyinin artırılması yolları üzrə olub və martın 7-də Büronun icraçı direktoru Florian Sengstschmid tərəfindən aparılıb. Təlimdə müzakirələr əsasən ixtisaslaşmış ticarət sərgiləri, belə sərgilərin əhəmiyyəti, marketinq üsulları, ticarət sərgiləri zamanı, ondan əvvəl və sonra atılacaq addımlar kimi mövzuları əhatə edib.

Cari ilin mayın 3-də AKB Yaxın Şərq və Hindistan bazarlarının potensialının öyrənməsinə dair təlim keçirib. Tədbirdə, həmçinin həmin bazardan olan alıcıların xüsusiyyətləri, imkanları və bir çox digər aspektlər müzakirə edilib. Seminarda iştirak edən Büro üzvləri də bu bazarla çalışdıqları zaman qazandıqları təcrübəni iştirakçılarla paylaşıb.

Büro tərəfindən keçirilən ən son təlimdə yenidən səyahət təşviqi sahəsinə toxunulmasının əsas məqsədi ölkəmiz üçün xüsusi həvəsləndirici səyahət ideya və planlarının işlənib hazırlanması olub. Büronun fəaliyyətinin ən əsas istiqamətlərindən biri də nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsidir.

İlk dəfə olaraq Azərbaycan Konqreslər Bürosunun təşəbbüsü və dəstəyi ilə “Baku Glass 2016” beynəlxalq tədbiri ölkəmizdə təşkil edilib. Büro tədbirin uğurla keçirilməsi və bütün tərəflərin bu tədbirdən tam şəkildə faydalana bilməsi üçün böyük bir səylə çalışıb. Tədbir iştirakçıları “Baku Glass 2016”ya qoşulmaqla yanaşı, ölkəmizin turizm sahəsinin təqdim etdiyi imkanlarla, yaradılan infrastruktur, dəbdəbəli mehmanxana və möhtəşəm məkanlarla tanış olub.

İşgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Büronun budəfəki qonağı Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) icraçı direktoru Mark Sirk olub.

Dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından olan İCCA, 1000-dən çox beynəlxalq Görüşlər Sənayesi bazarı təmsilçilərini bir araya gətirir. Xatırladaq ki, 2014-cü ildə Azərbaycan ilk dəfə olaraq dünya görüş məkanları və bölgədə ən yaxşı göstəricilər üzrə beynəlxalq assosiasiya görüşləri reytinqinə daxil edilib.

AKB 2016-cı ilin ilk İşçi Qrupu İclasını 2016-cı il fevralın 2-də Bakıda təşkil edib. Tədbirin əsas məqsədi məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və dünya mehmanxana brendləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə onların qarşılıqlı əlaqələrinin ahəngləşdirilməsi olub.

İclas iştirakçıları, həmçinin mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər arasında qiymət siyasəti, müqavilə məsələləri, beynəlxalq sərgilərdə iştirak, biznesin inkişafı üzrə yeni və daha səmərəli yollar və s. kimi məsələləri müzakirə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransı keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib VİDEO

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub