İQTİSADİYYAT
Azərbaycan Maldiv adalarına, Malayziya və Səudiyyə Ərəbistanına alma ixrac edir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Maldiv adalarına, Malayziya və Səudiyyə Ərəbistanına alma ixrac edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuat konfransında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.
Sərgilər vasitəsilə Azərbaycan ixracatçıları həm partnyorlarla birbaşa əlaqə qurmaq imkanı əldə edir, həm də öz məhsullarını əyani şəkildə təqdim edirlər. Almaniyanın Köln şəhərində keçirilmiş "ANUGA" Beynəlxalq Ərzaq Sərgisi çərçivəsində də meyvə-tərəvəz məhsulları ilə bağlı bir sıra müqavilələr imzalanıb.
O, həmçinin bildirib ki, Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi yalnız ixrac missiyaları və sərgilərdə iştirak vasitəsilə həyata keçirilmir. “Biz eyni zamanda kütləvi informasiya vasitələrində də Azərbaycan məhsulları barədə geniş marketinq və reklam kampaniyasına start vermişik. Artıq Rusiyanın “Rossiya 24” televiziya kanalında Azərbaycan meyvələri və şirələri haqqında reklam çarxlarının buraxılışına start verilib”, - deyə R.Məmmədov bildirib.