SİYASƏT
Azərbaycan Mədəniyyət Mərkəzinin sədri “Özbəkistan Konstitusiyasının 25 illiyi” döş nişanı ilə təltif edilib
Daşkənd, 6 dekabr, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə elm, mədəniyyət, incəsənət, ədəbiyyat, səhiyyə və digər sahələrin nümayəndələri “Özbəkistan Konstitusiyasının 25 illiyi” döş nişanına layiq görülüblər.
AZƏRTAC xəbər verir ki, döş nişanı alanlar arasında Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov da var. O, diaspor işinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə döş nişanı ilə təltif edilib.
Döş nişanını sahiblərinə Daşkənd Şəhər Hakimiyyəti nəzdindəki Qadınlar Cəmiyyətinin sədri Dilbar Najmitdinova və paytaxtın Yakkasaray rayonunun hakimi Sarvar Muxametov təqdim ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd