Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr

Bakı, 27 mart, AZƏRTAC

Martın 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 27 Mart – Elm Gününə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə AMEA-nın kollektivi Fəxri xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycanın görkəmli elm xadimlərinin də məzarları ziyarət olunub.

Daha sonra Mərkəzi Elmi Kitabxanada Fizika İnstitutunun laboratoriya rəhbəri fizika elmləri doktoru, professor İmaməddin Əmiraslanovun, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun icraçı direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun, AMEA-nın Əlyazmalar İnstitutunun baş rəssamı Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin rəsm əsərləri və ağacoyma sənəti nümunələri nümayiş etdirilib. Bundan başqa, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, Fizika İnstitutu, Yüksək Texnologiyalar Parkının əməkdaşlarının müəllifi olduqları elmi-texniki-yaradıcılıq sərgisinə baxış keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda çıxış edib.

Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən ölkəmizdə 27 Mart – Elm Gününün təsis edildiyini xatırladan akademik İsa Həbibbəyli bu əlamətdar günün təkcə AMEA-ya deyil, həmçinin Elm və Təhsil, Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı və digər nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarına, ümumilikdə respublikanın bütün elm qurumlarına və ali məktəblərinə aid olduğunu deyib. AMEA rəhbəri Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.

Bu əlamətdar günün ötən müddət ərzində Novruz bayramına təsadüf etməsi və pandemiya səbəbindən təntənəli keçirilmədiyini bildirən akademik İsa Həbibbəyli bugünkü tədbirlə Elm Gününün geniş şəkildə, bayram əhvali-ruhiyyəsində ictimaiyyətə təqdim olunduğunu söyləyib. Tədbir çərçivəsində tanınmış alimlərin əl işlərindən ibarət rəsm, ağac üzərində oyma və elmi-texniki-yaradıcılıq sərgisinin təşkil olunduğunu diqqətə çatdıran AMEA rəhbəri alimlərimiz tərəfindən yeni innovativ qurğuların nümayiş etdirildiyini bildirib. Xüsusilə radioaktivliyi müəyyən edən və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə töhfə verə biləcək yeni ixtiranın ANAMA-nın dəstəyi ilə sınaqdan keçirilməsinin və bu istiqamətdə sözügedən təşkilatla müqavilə imzalanmasının əhəmiyyətli olacağını vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, alimlərimizin bu nailiyyəti ilə Azərbaycan elmi Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdışa özünün növbəti töhfəsini vermiş olacaq.

“Dünya elmi-ictimai fikrində elm mühafizəkarlıqla novatorluğun əhatə olunduğu bir mühit hesab olunur. Elmin daha çox inkişaf etdiyi ölkələrdə mühafizəkarlığın faiz nisbəti az, novatorluğun faiz nisbəti isə çoxdur. Biz elm təşkilatçıları olaraq mühafizəkarlıqla novatorluğun balansını dünya təcrübəsinə uyğunlaşdırmalıyıq. Bizdə mühafizəkarlığın bəzi hallarda göstəricisi yüksək olduğuna görə novatorluğa daha çox dəstək verməliyik. Bu, maarifçilik və novatorluğa dəstək verilməsi, elmi təşviq etmək yolu ilə, sağlam rəqabət mühitinin yaradılması vasitəsilə həll oluna bilər”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Elmi-texniki nailiyyətlərin ölkənin sosial-iqtisadi inkişafına kömək etməli olduğunu deyən AMEA rəhbəri bu gün süni intellektin insan fəaliyyətinə adekvat olan avtomatlaşdırılmış modellərin yaradılmasını və bu sahə üzrə tədqiqatların aparılmasını zəruri hesab edib. O, akademik elmi mühitdə süni intellektlə bağlı tədqiqatların genişləndirildiyini, eyni zamanda, ilk dəfə olaraq bu il AMEA-nın Ümumi yığıncağında süni intellektlə bağlı ayrıca məruzənin təqdim edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən illə müqayisədə bu gün Akademiyada süni intellektlə məşğul olan institutların kəmiyyət və keyfiyyət göstəriciləri artıb.

“Fəaliyyətimizdə dünya universitetlərinin və akademiyalarının reytinq cədvəllərinin prinsipinə xüsusi diqqət yetirməliyik. Artıq işə başlamışıq. Akademiyanın tarixində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsi fəaliyyətə başlayıb”, - deyə bildirən natiq institutların saytlarında ingilis dilində materialların yerləşdirilməsinin önəminə toxunub. Qeyd edib ki, Akademiyada nəşr olunan 27 jurnalın əksəriyyəti Azərbaycan dilində çap edilir və beynəlxalq standartlara tam cavab vermir: “Bizim daha bir məqsədimiz jurnalların elektron versiyalarını hazırlamaq, yerləşdirmək, davam etdirməkdən ibarət olmalıdır. Həm də xarici dillərdə yüksək elmi tələblərə cavab verən jurnalların çap edilməsinə nail olmalıyıq”.

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq Əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədrinin müavini Cavanşir Alxasov elm xadimlərini peşə bayramları münasibətilə təbrik ediblər. Çıxışlarda qeyd olunub ki, hər bir millətin inkişafı elmi nailiyyətlər və texnologiyaların geniş tətbiqi ilə bağlıdır və ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin, o cümlədən Milli Elmlər Akademiyasının inkişafına yönəlmiş tədbirlər də dövlətimizin qüdrətinin gələcəkdə daha da yüksəldilməsinə xidmət etmək məqsədi daşıyır. Həmçinin yüksəkixtisaslı gənc elmi kadrların yetişdirilməsi işinə diqqətin artırılması və alimlərimizin elmi nəşrlərinin beynəlxalq kitabxanalara göndərilməsinin vacibliyi vurğulanıb. Bütün nəsillərdən olan elm adamlarının xidmətləri və vəzifələri diqqət mərkəzinə çəkilib.

Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli “Humanitar elmlərin tarixi missiyası və gələcəyi” adlı məruzə ilə çıxış edib. Elmimizin müasir dövrün tələblərinə uyğun inkişaf etməsinin zəruriliyini vurğulayan akademik humanitar elmlərin prioritetləri, aktual mövzularda aparılan araşdırmalar, habelə digər elmlərlə əlaqəli olaraq həyata keçirilən multidissiplinar tədqiqatlar haqqında məlumat verib.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı isə “Elmmetrik elmi göstəricilər və əsərlərə istinadlar” adlı məruzəsində Akademiyanın elmi bölmələrinin 2022-ci il üçün istinad göstəricilərini təqdim edib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə keçən il 1068 elmi məqalənin nəşr edildiyini (onlardan 531-i “Web of Science” və “Scopus” bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Kimya Elmləri Bölməsi üzrə 403 elmi məqalənin işıq üzü gördüyünü (onlardan 208-i “Web of Science” və “Scopus” bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Yer Elmləri Bölməsi üzrə 90 elmi məqalənin nəşr edildiyini (onlardan 45-i “Web of Science” və “Scopus” bazalarına daxil olan nüfuzlu elmi jurnallarda), Biologiya və Tibb Elmləri Bölmələri üzrə isə 547 elmi məqalənin işıq üzü gördüyünü (onlardan 86-sı “Web of Science” və “Scopus” bazalarına daxil olan nüfuzlu elmi jurnallarda) bildirib. Alim, həmçinin ABŞ-nin Stenford Universitetinin dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısında 12 Azərbaycan aliminin yer aldığını deyib.

Fizika elmləri doktoru Elçin Hüseynov “Azərbaycan elmində gənclərin rolu və elmimizin gələcəyi” adlı məruzəsində yeni elmi nəslin hazırlanması zərurəti və qarşıda duran vəzifələrdən söz açıb.

Filologiya elmləri doktoru Sərxan Xavəri isə çıxışında elmi müəssisə və təşkilatların 2022-ci il üzrə elmmetrik reytinq göstəricilərini təqdim edib. Müxtəlif indikatorlar üzrə tətbiq edilən orta məhsuldarlıq göstəricisi düsturu haqqında məlumat verən natiq təbiət və texnika elmləri sahələrində elmi müəssisələrinin ümumi elmmetrik göstəriciləri, “Web of Science” və “Scopus” bazalarına daxil olan nüfuzlu elmi jurnallarda nəşr olunan əsərlərin orta məhsuldarlıq göstəriciləri, həmçinin ötən ildə ən mühüm bibliometrik nəticələri haqqında ətraflı məlumat verib. Eyni zamanda, humanitar və ictimai elmlər sahəsində də reytinq göstəriciləri diqqətə çatdırılıb.

Sonda Elm Günü çərçivəsində elmi fəaliyyəti ilə fərqlənən bir sıra alimlərə Azərbaycan Ağsaqqallar Şurasının və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanları, döş nişanları, AMEA-nın “İstinadda rekord”, “Elmin populyarlaşdırılmasında xidmətlərinə görə”, “Əmək veteranı vəsiqəsi”, “İlin gənc alimi diplomu” mükafatları və “Uğurlu məruzəyə görə” təşəkkürnamələr təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ