CƏMİYYƏT


Azərbaycan Milli Elmlər Akademiyasının 113 əməkdaşı oftalmoloji müayinədən keçib

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tibbi aksiya keçirib.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, tibbi aksiya zamanı AMEA-nın 113 əməkdaşı oftalmoloji müayinədən keçib.

Müayinə olunanlarda akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. göz xəstəlikləri aşkarlanıb.

Humanitar aksiyanın keçirilməsində məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək və onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasından ibarətdir. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.