SİYASƏT
Azərbaycan Milli Məclisinin deputatları Benelüks Parlament Assambleyasının sessiyasında iştirak edəcəklər
Bakı, 12 iyun (AZƏRTAC). Milli Məclisin deputatları Elton Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli iyunun 14-dən Niderland Krallığında səfərdə olacaqlar.
Milli Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Haaqa şəhərində keçiriləcək Benelüks Parlament Assambleyasının (BPA) sessiyasında iştirak etməkdir.
İclasda kiber cinayət, BPA-ya üzv ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir.
Tədbirə GUAM Parlament Assambleyasının sədri qismində qatılacaq Elton Məmmədov rəhbərlik etdiyi qurumla BPA arasında əməkdaşlığın perspektivləri, təşkilatın strukturu və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcəkdir.
Səfər iyunun 18-də başa çatacaqdır.