Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Milli Şəhərsalma Forumu başa çatıb

Forum iştirakçıları belə bir mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu başa çatıb.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən Forumun ikinci günündə sessiyalarda şəhərlərin ekoloji cəhətdən davamlı inkişafı, mədəni və tarixi irsin münaqişədən sonra bərpası, “ağıllı” və “yaşıl” yeniliklərə doğru, “yaşıl iqtisadiyyat” kimi mövzulara toxunulub, bu istiqamətlərdə müzakirələr aparılıb.

“Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı şəhər konsepsiyası həyata keçirilir.

“Səkkiz aydan qısa müddətdə Füzulidə hava limanı tikilib, hazırda Laçın və Zəngilanda da aeroportların tikintisi davam edir. Zəngilanın zəngin təbiəti nəzərə alınaraq inşa işləri bu ərazilərin park şəhərinə çevrilməsi istiqamətində aparılır. İşğaldan azad edilmiş torpaqlarda “yaşıl iqtisadiyyat”, “yaşıl kənd təsərrüfatı”, “ağıllı kənd”lər inşa olunur, bu torpaqlarda 2050-ci ilə qədər sıfır emissiya zonası yaradılması planlaşdırılır”, - deyə nazir müavini vurğulayıb.

Şəhərlərdə yaşıllıqların və açıq sahələrin artırılması mövzusuna toxunan Firdovsi Əliyev bu məsələnin Bakının Baş planında da əsas yer tutduğunu diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, Bakıda hazırda yaşıl sahələr 920 hektar ərazini əhatə edir və 3169 hektara çatdırılması hədəflənib. Eyni zamanda 2040-cı ilə qədər Bakı Bulvarının ərazisi də genişləndiriləcək, bulvarın uzunluğu 25 kilometrdən çox olacaq.

İsveçrənin “sa_partners” şirkəti azad olunmuş ərazilərimizin bərpası ilə bağlı verdiyi təklifləri açıqlayıb. Şirkətin təsisçilərindən olan Dunya Kovari Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin tikinti prosesi ilə bağlı “sa_partners”in təkliflərini səsləndirib.

Bildirib ki, Azərbaycandan olan tərəfdaşlar bu təkliflərə açıq və dəstəkləyici yanaşıblar. Əsas məqsəd bu regionda öz evlərinə qayıdacaq sakinlərin təhlükəsiz və dayanıqlı yaşayışını təmin etməkdir.

“Zəngilan şəhərinin bərpası zamanı yaşıllaşdırma məsələləri diqqət mərkəzində olacaq. Şəhərdə yaşıllıq qorunacaq, parklar salınacaq, yaşayış binaları iki mərtəbəli olacaq. Şəhərin elementləri binanın inşasında tətbiq ediləcək”, - deyə D.Kovari vurğulayıb.

Kəlbəcərin bərpası ilə bağlı danışan isveçrəli nümayəndə burada sağlamlıq turizminin yaradılması məsələsini diqqətə çatdırıb.

O əlavə edib ki, Qubadlı şəhərinin bərpasında prioritet su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsidir. Burada tətbiq ediləcək konsepsiya da su ehtiyatlarını qorumağa və təkrar istifadəyə imkan yaradacaq.

Energetika nazirinin müavini Elnur Soltanov BP şirkəti ilə Qarabağda istehsal ediləcək “yaşıl enerji”nin Abşerona transferinin planlaşdırıldığını deyib.

Nazir müavini bildirib ki, yəni Abşeronda Qarabağda istehsal olunan “yaşıl enerji”dən istifadə olunacaq. Bu kimi layihələrin sayının artması gözlənilir.

Elnur Soltanovun sözlərinə görə, 2030-cu il üçün milli prioritetlər arasında yaşıl mühit və ölkənin yaşıl böyüməsi var, eyni zamanda, “yaşıl enerji” məkanının yaradılması hədəflənib: “Azərbaycanın külək enerjisi ilə bağlı 3000 meqavat, günəş enerjisi ilə bağlı 23 min meqavat, bioenerji ilə bağlı 380 meqavat, minihidro ilə bağlı potensialı 520 meqavatdır. Ofşor enerji potensialımız isə 157 giqavatdır. Azərbaycan neft ölkəsidir, qaz ixrac edir, həm də külək enerjisi potensialı var. Azərbaycan bərpaolunan enerji istehsalını artıraraq gələcəkdə digər ölkələrə də enerji ixrac edə bilər”.

O diqqətə çatdırıb ki, Azərbaycan enerji layihələri üzrə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) standartlarına uyğun hərraclar keçirməyə başlayacaq. AYİB hərracların keçirilməsi üzrə qaydalar hazırlayıb və gələn il bu standartlara uyğun hərracların başlanması planlaşdırılır. Eyni zamanda, Azərbaycan Asiya İnkişaf Bankı ilə (AİB) birgə 50 meqavat gücündə üzən günəş elektrik stansiyasının tikintisi layihəsini nəzərdən keçirir.

Zəngilanda görülən işlər barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev məlumat verib.

Qeyd edib ki, cari ilin iyul-sentyabr aylarında 66 ailəyə Zəngilanın Ağalı kəndindəki evlərinin açarları təqdim olunub. Ağalı kəndində 200 ev tikilib, daha 150 evin tikilməsi planlaşdırılır.

“Şəhər işğaldan azad edildikdən sonra sürətli yenidənqurma işləri başlayıb, dayanıqlı, ağıllı konsepsiyalar tətbiq olunur. Zəngilan təkcə Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda “yaşıl” və “ağıllı” həllərin katalizatoruna çevriləcək. Biomüxtəliflik və yaşıllaşma ilə bağlı işlər görülür, 20000 ağac əkilib. Zəngilanın “ağıllı” Ağalı kəndində 200 ev tikilib, 150 evin daha tikilməsi nəzərdə tutulub. Şəhərdə tikiləcək iki və üçmərtəbəli yaşayış məntəqələri təbiətlə vəhdətdə olacaq. Logistika, turizm və kənd təsərrüfatı Zəngilanın dayanıqlı gələcəyi və inkişafına töhfə verəcək”, - deyə Vahid Hacıyev vurğulayıb.

UN-HABITAT proqramının əməkdaşı Klas Qrot azad edilmiş ərazilərin bərpası prosesində “yaşıl” və dayanıqlı yanaşmanın tətbiqini diqqətə çatdırıb.

O bildirib ki, Qarabağda böyük işlər görülür, maraqlı planlar hazırlanıb: “Mən şəhərlərin daha “yaşıl” və dayanıqlı ola biləcəyi barədə fikirlərimi bölüşdüm və ümid edirəm ki, Milli Şəhərsalma Forumunda müzakirə olunan məsələlər real bərpa prosesinə tətbiq ediləcək”.

“Mədəni və tarixi irsin postkonflikt dövründə bərpası” sessiyasında çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə 162 yeni mədəniyyət abidəsi aşkarlandığını diqqətə çatdırıb.

Nazir bildirib ki, 30 il ərzində bu ərazilərdə Azərbaycanın mədəniyyət abidələri, mədəni irsi dağıdılıb, mənşəyi dəyişdirilib və ya qanunsuz arxeoloji qazıntılar aparılıb. Bu kimi hadisələr beynəlxalq konvensiyalara ziddir. Ərazilərimiz işğaldan azad edildikdən sonra burada xarabalıqlar, vandallıq aktları aşkarlanıb.

Anar Kərimov qeyd edib ki, aparılan ilkin monitorinqlər zamanı dövlət reyestrinə salınmış 706 abidədən 403-ü tədqiq edilib. Bundan başqa, 864 mədəniyyət müəssisəsinin monitorinqi aparılıb. Həmçinin 162 yeni mədəniyyət abidəsi aşkar olunub. Hazırda nazirliyin əməkdaşları monitorinq apararkən mina təhlükəsi ilə qarşılaşırlar. Bu səbəbdən prioritet tapşırıq ərazilərin minalardan təmizlənməsi və arxeoloji işlərin təhlükəsizliyinin təminidir.

“Hazırda Şuşada üç məscid və iki kilsə bərpa olunur. Bununla da Azərbaycan mədəni irsə qarşı ayrı-seçkilik etmədiyini bir daha bəyan edir. Hər bir mədəni irs Azərbaycan üçün əhəmiyyətlidir, əzizdir. Çünki bu irs yalnız Azərbaycana deyil, bəşəriyyətə məxsusdur”, - deyə nazir vurğulayıb.

Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpası məsələlərinə toxunan Anar Kərimov bildirib ki, Üzərliktəpə, Qullərtəpə və Yedditəpə kimi arxeoloji abidələrin qorunması üçün addımlar atılıb: “Üzərliktəpədə arxeoloji qazıntılar təşkil olunub. Hazırda Füzulidəki Yedditəpədə qazıntı işləri aparılır”.

İşğaldan azad olunmuş ərazilərdə tarixi və mədəni abidlərin qorunması və bərpası ilə bağlı yol xəritəsinin təsdiqləndiyini diqqətə çatdıran nazir xəritənin yerli və xarici ekspertlərlə birgə işlənərək hazırlandığını söyləyib. Qeyd edib ki, bərpa prosesi 6 mərhələdən ibarətdir. Proses bir-birini tamamlayan və məntiqi şəkildə biri digərinin davamı olan mərhələlərdən ibarət olmalıdır. Bu mərhələlər prosesin dayanıqlı və effektiv şəkildə həyata keçirilməsini şərtləndirməlidir. Onların ardıcıllığının düzgün müəyyənləşdirilməsi vaxt və resurs itkisinə yol verməməyə imkan yaradır: “Birinci mərhələ ərazinin minalardan təmizlənməsi də daxil olmaqla, təhlükəsiz, iqtisadi-sosial fəaliyyət üçün yararlı bir məkana çevrilməsini, ikinci mərhələ infrastruktur və şəhərsalma layihələrinin, ümumi, baş və müfəssəl planların hazırlanmasında abidələrin nəzərə alınmasını, üçüncü mərhələ kommunikasiya xətlərinin çəkilməsini, dördüncü mərhələ abidələrin təmir-bərpa və tikintisinə başlamazdan öncə yer topoqrafiyasının həyata keçirilməsini, beşinci mərhələ bərpa ardıcıllığı və bərpa prosesi çərçivəsində abidələrin gələcək istifadəsi üzrə təyinatların müəyyən edilməsini və altıncı mərhələ eskiz, layihə-smeta sənədinin hazırlanmasını, daha sonra konservasiya və ya bərpa işlərinin icrasını əhatə edir”.

Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi Şamil Əzizov bildirib ki, Şuşada məscidlərin bərpasında Türkiyə və İtaliyadan olan ekspertlər də iştirak edirlər. Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri İtaliya və Türkiyədən olan özəl ekspertlərin nəzarəti ilə bərpa olunur.

Polşa Şəhərsalma Mütəxəssisləri Cəmiyyətinin rəhbəri Tomas Mayda Azərbaycan Milli Şəhərsalma Forumunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, Forum bu istiqamət üzrə fəaliyyət göstərən mütəxəssislərin təcrübə mübadiləsi aparmasına şərait yaradır. Forumda çoxlu sayda ölkədən ekspertlər iştirak edir və bu, yeni layihələrin həyata keçirilməsi üçün əla fürsətdir.

“Ağdamda bütün dağıntıları gözlərimizlə gördük. Dağıntıların miqyası böyükdür və bu, böyük itkidir. Bu əraziləri bərpa etmək üçün prioritetləri müəyyənləşdirmək lazımdır”, - deyə Tomas Mayda vurğulayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso bildirib ki, Azərbaycan hökuməti Böyük Qayıdışın dayanıqlı olması üçün zəruri elementləri düzgün müəyyənləşdirib. Bu proqramı həyata keçirən Azərbaycan təkcə ərazilərin minalardan təmizlənməsinə yox, eyni zamanda, gənclər üçün cəlbedici olacaq şəhər mərkəzlərinin yaradılmasına da diqqət yetirir.

“Müharibəni görmədən onu anlamaq, nəticələrini demək çətindir”, - deyən Macarıstanın İnvestisiya və Konstruksiya Nazirliyində dövlət katibinin müavini Lorant Perenyi dünən Ağdamda müharibənin nəticələrinin şahidi olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycan azad edilmiş ərazilərə həyatı yenidən qaytarmaq üçün buranı minalardan tam təmizləməlidir. Əhalinin köçürüldüyü ərazilər artıq təmizlənib.

“Azərbaycan odlar yurdu adlanır, alov sizi simvolizə edir. Mənim fikrimcə, iki cür alov var. Biri həyatı məhv edir, dağıntılara səbəb olur, digəri yaşam gücünü, quruculuğu, cəsarəti təmsil edir. Azərbaycanlılar ikinci kateqoriyaya aiddir. Sizin alov simvolunuz cəsarət, qurub-yaratmaqdır”, - deyə dövlət katibinin müavini əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov gələn ilin sonundan Şuşada 2500 nəfərin yaşayacağını deyib.

“Əhalinin qayıdışına hazır olmaq lazımdır. Gələn ildən sosial və turizm sektorlarında məşğulluq üçün işlər görüləcək. Evlərinə qayıdacaq insanlar rahat inklüziv şəhərdə yaşayacaq. Biz istəyirik ki, o insanlar bu yerlərə aid olduğunu hiss etsin. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşa daha çox mədəni və turistik potensiala malikdir”, - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.

Daha sonra digər məruzəçilər işğaldan azad olunmuş ərazilərdə görüləcək yeni layihələr barədə məlumat verib, təkliflərini səsləndirib, görülən işləri təqdir edib, Forumun əhəmiyyətinə toxunaraq ölkəmizin ev sahibliyi ilə Azərbaycan Milli Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilindən razı qaldıqlarını bildiriblər.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev UN-HABITAT və Azərbaycan hökumətinin birgə təşəbbüsü olan ilk Azərbaycan Milli Şəhərsalma Forumuna göstərilən dəstəyə, iştiraka görə hər kəsə təşəkkür edib: “Hesab edirəm ki, milli və yerli hökumətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatların, akademik və ekspert dairələrin geniş təmsil olunduğu bu Forum hər il keçirilərək çox məhsuldar bir qlobal platformaya çevriləcək. İnanıram ki, Forumun davam etdiyi 2 gün ərzində biz birlikdə bir çox qlobal şəhərsalma və məskunlaşma çağırışları barədə geniş fikir mübadiləsi apara bildik. Təmsil etdiyiniz hər bir ölkə və təşkilatın təcrübəsi bizim üçün çox önəmli və dəyərlidir. Eyni zamanda, biz də Azərbaycan modelini, şəhərsalma təcrübəmizi bölüşmək imkanına sahib olduğumuz üçün sizə minnətdarıq”.

Sonda Forumun nəticələrinə dair Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olunub.

Qeyd edək ki, İlk Milli Şəhərsalma Forumu 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Qırx dörd ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox iştirakçının qatıldığı, oktyabrın 5-6-da keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub