CƏMİYYƏT


Azərbaycan Nefroloqlar Cəmiyyəti Avropa Nefroloji Dərnəyinə üzv qəbul olunub

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Nefroloqlar Cəmiyyəti Avropa Nefroloji Dərnəyinin rəsmi üzvü statusunu qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə cəmiyyətin sədri, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Barat Yusubov məlumat verib.

Onun dediyinə görə, 2018-ci ildə təsis edilən Azərbaycan Nefroloqlar cəmiyyəti Avropa qurumunun qoyduğu yüksək standart və tələblərə uyğun fəaliyyət göstərib. “Dərnəyə üzvlüyün ən böyük üstünlüyü ondadır ki, cəmiyyətimizin üzvləri avtomatik olaraq həm də Avropa Nefroloji Dərnəyin üzvləri sayılır. Bu, həkimlərimizin Avropada keçirilən elmi seminar və konqreslərdə iştirakı, təcrübə mübadiləsi, yeni biliklərin qazanması baxımından böyük imkanlar yaradır. Digər ən böyük üstünlük ondadır ki, gənc həkimlərimiz Avropa Nefroloji Dərnəyinin təşkil etdiyi 6 aylıq və 1 illik təhsil proqramları, təlim və kurslarında iştirak hüququ əldə ediblər. Ən əsası, bundan sonra Avropa Nefroloji Dərnəyində Azərbaycanın da bayrağı dalğalanacaq. Əlbəttə ki, bu, bizim üçün çox qürurvericidir”, - deyə Barat Yusubov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.