İDMAN


Azərbaycan Premyer Liqası: “Neftçi” - “Keşlə” oyununda hesab açılmayıb

Bakı, 22 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, həftənin üçüncü matçında “Neftçi” klubu “Keşlə”ni qəbul edib. Görüşün birinci hissəsində hesab açılmayıb. Birinci hissədə əsas diqqət çəkən məqam meydan sahiblərinin azlıqda qalması olub. “Ağ-qaralar”ın yeni transferi Donald Gerye 34-cü dəqiqədə ikinci dəfə sarı vərəqə alıb və meydanı tərk edib.

Qarşılaşmanın ikinci hissəsində də tarazlıq pozulmadığından tərəflər 1 xalla kifayətləniblər.

Xalını 7-ə çatdıran “Keşlə” “Zirə” ilə 3-4-cü yerləri bölüşür. “Neftçi” isə 5 xalla altıncı yerdədir.

Qeyd edək ki, ilk oyun günündə “Sumqayıt” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. “Səbail” isə evdə “Qəbələ” ilə bərabərə qalıb - 1:1. Tura sabah keçiriləcək “Zirə” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.