İDMAN


Azərbaycan Premyer Liqası: “Neftçi” klubu “Keşlə”ni məğlub edib

Bakı, 3 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

AZƏRTAC xəbər verir ki, günün ilk oyununda “Keşlə” çempionluğa iddialı “Neftçi”ni qəbul edib.

“ASK Arena”dakı matç “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu “Keşlə”nin futbolçusu Tərlan Quliyev 38-ci dəqiqədə öz qapısına vurub. Matçın 74-cü dəqiqəsində “ağ-qaralar”ın tanınmış futbolçusu Keysuke Honda fərqi iki topa çatdırıb. Bununla da yaponiyalı yarımmüdafiəçi yeni klubunda rəsmi oyunlarda ilk qola imza atıb. Matçda son nöqtəni isə görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə flaqmanın kapitanı Emin Mahmudov qoyub.

Bu nəticədən sonra xallarının sayını 50-yə çatdıran “Neftçi” ən azı bir günlük liderliyi ələ alıb. “Keşlə” isə 23 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər matçında “Səbail” “Qəbələ”ni qəbul edəcək. Turun “Sumqayıt” – “Sabah” və “Qarabağ” – “Zirə” oyunları mayın 4-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.