İDMAN


Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək

Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək

Bakı, 4 fevral, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “Kəpəz” klubu Gəncədə “Qarabağ”ı qəbul edəcək. Ağdam təmsilçisi 56 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb. “Kəpəz” 13 xalla sonuncu – onuncu pillədə yer alıb.

“Qarabağ” ardıcıl 9 qələbə qazanıb. “Kəpəz” son 4 ev görüşündə quru hesabla uduzub.

Qeyd edək ki, turun “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları fevralın 5-də, “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçları isə fevralın 6-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.