İDMAN


Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün baş sponsoru müəyyənləşib

Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün baş sponsoru müəyyənləşib

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün baş sponsoru olub.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, əldə olunan razılaşmaya görə, Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

“Misli” brendi hər zaman idmanın inkişafına diqqət və qayğı göstərərək bu istiqamətdə həyata keçirilən layihələrin icrasında uğurla təmsil olunur. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.