İDMAN


Azərbaycan Premyer Liqasının X turunun oyunlarına hakim təyinatları açıqlanıb

Bakı, 30 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 30-da Topaz Premyer Liqasında X turun oyunlarına hakim təyinatları açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, noyabrın 3-də “Azərsun Arena”da “Qarabağ”–“Sumqayıt” qarşılaşmasını hakim

Əliyar Ağayev idarə edəcək. Həmin gün “ASK Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” görüşünün əsas hakimi Rauf Cabbarov olacaq.

Noyabrın 4-də Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ”–“Sabah” matçına əsas referi Rəvan Həmzəzadə təyin olunub.

Turun sonuncu görüşündə - “Bakcell Arena”da keçiriləcək “Zirə”- “Səbail” oyununda baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:00-da, “Keşlə”–“Neftçi” görüşü saat 17:00-da, “Qəbələ”–“Sabah” qarşılaşması 17:00-da, “Zirə”- “Səbail” matçı isə saat 19:00-da başlayacaq. Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Premyer Liqanın 9-cu turundan sonra turnir cədvəlinə 22 xalla "Neftçi" klubu başçılıq edir. Bir oyun az keçirən "Qarabağ" və debütant "Sabah" 16 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq "Səbail" (14), "Sumqayıt" (11), "Qəbələ" (9), "Keşlə" (5) və "Zirə" (5) yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.