Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir VİDEO

Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

İctimaiyyətin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Biz bu gözəl layihənin istismara verilməsini qeyd edirik. Çox şadam ki, nəhayət, Ağstafanın su problemi həllini tapır.

Doğrudan da, çox böyük tarixi hadisədir. Çünki bilirəm ki, uzun illər su problemi insanlara əziyyət verirdi. Nəhayət, bu layihə də artıq başa çatır. Bundan sonra su ilə problem olmamalıdır. Çünki içməli su hər bir insan üçün çox əhəmiyyətlidir. İnsanların sağlamlığı üçün təmiz içməli su xüsusi əhəmiyyət daşıyır.

İndi ölkəmizin müxtəlif yerlərində bu layihələr icra edilir. Bu gün biz buna oxşar layihəni Tovuzda, həftənin əvvəlində Şirvan şəhərində istismara verdik. Demək olar ki, bu məsələlər, bu layihələr geniş vüsət alıbdır. Çünki bunların həlli çox lazımdır. Bütün infrastruktur layihələri lazımdır və biz bu layihələri ardıcıllıqla icra edirik. İndi Ağstafa rayonunda da qazlaşdırma prosesi gedir, kənd yolları tikilir, elektrik enerjisi ilə bağlı məsələlər həllini tapır. Əlbəttə, onların içində içməli su, kanalizasiya layihələri xüsusi yer tutur və biz də əlimizdən gələni edirik ki, bu məsələlər öz həllini tapsın.

Əlbəttə ki, bu layihələr böyük vəsait tələb edir. Dövlət bu maliyyə yükünü öz üzərinə götürübdür. Düzdür, bəzi layihələr xaricdən verilən kreditlər hesabına icra edilir, ancaq bu kreditlər onsuz da qaytarılacaqdır. Yəni, bütün maliyyə yükünü Azərbaycan dövləti öz üzərinə götürüb. Onu da qeyd etmək istəyirəm ki, bu layihələr sırf sosial xarakter daşıyır. Çünki Azərbaycanda su tarifləri çox aşağıdır. Yəni, bu layihələrə qoyulan vəsait bu tariflərin hesabına heç vaxt dövlətə qayıda bilməz. Bəlkə yüz ildən sonra. Ancaq qarşıya belə məqsəd də qoyulmamışdır. Əsas məqsəd insanları təmiz içməli su ilə təmin etməkdir. Biz bu məqsədə çatırıq. Bu ilin sonuna qədər bir çox rayonlarda buna oxşar layihələr istismara veriləcəkdir. Gələn il də bu proses davam edəcəkdir. Çalışmalıyıq ki, gələn ilin sonuna qədər əksər məsələlər öz həllini tapsın. Amma bu layihələr həm çox böyük maliyyə vəsaiti, həm də texniki vəsait tələb edir. Çünki bu, bir şəhər, bir kənd deyildir, Bakı daxil olmaq şərti ilə bu layihələr ölkə üzrə icra edilir.

Bu, tarixi bir layihələrdir. Çünki əfsuslar olsun ki, bütün dövrlərdə biz içməli si ilə lazımi səviyyədə təmin olunmamışıq. Bütün dövrlərdə bu problem kəskin olaraq qalmışdır. Ancaq bu gün müstəqil Azərbaycan dövləti bu problemi də həll edir. Bu layihələrin icrası əlbəttə ki, ilk növbədə insanlara xidmət göstərir, digər tərəfdən dövlətimizin gücünü, müstəqilliyimizin üstünlüyünü göstərir.

Bu gün müstəqil dövlətik və ölkəmiz üçün, xalqımız üçün nə lazımdırsa, onu edirik. Bax, müstəqilliyin üstünlükləri bu layihələrin icrasındadır. Azərbaycan nəinki müstəqildir, müstəqil siyasət aparır və güclü dövlətdir. Ancaq güclü dövlətlər belə nəhəng layihələri icra edə bilər.

Onu da əlavə etmək istəyirəm ki, buna bənzər layihələr bütün ölkə üzrə icra olunur. Qazlaşdırma layihələri. Bu ilin sonuna qədər biz çalışmalıyıq ki, qazlaşdırmanı təqribən 90 faizə çatdıraq. Bu, heç vaxt olmamışdır. Heç vaxt qazlaşdırılmayan kəndlərə mütəmadi qaydada qaz xətləri çəkilir, elektrik enerjisi layihələri icra edilir, yollar salınır. İndi magistral yollar göz oxşayır, rahat gedib-gəlmək olar. İndi Bakı-Gürcüstan dövlət sərhədi yolunun birinci mərhələsi başa çatıbdır. Ancaq biz bundan sonra, gələn il Gəncədən sərhədə qədər yolun genişlənməsi ilə məşğul olmağa başlayacağıq. Yəni, Bakıdan Gürcüstan sərhədinə qədər bütün yol dördzolaqlı olmalıdır. Bunu da biz edəcəyik. Dəmir yolunda bərpa işləri aparılır və qatarların sürəti artırılacaqdır. Bu da xüsusilə paytaxtdan uzaqda yerləşən bölgələr üçün çox əhəmiyyətlidir. Biz bu sürəti yeni dəmir yolu xətlərinin çəkilişi ilə 2-3 dəfə artıracağıq.

Yəni, buna bənzər layihələr çoxdur. Biz bütün bu layihələri ona görə edirik ki, insanlar daha da yaxşı, daha da rahat yaşasınlar, sağlam olsunlar. İnsanların sağlamlığı üçün içməli su birinci şərtdir. Hesab edirəm ki, biz bu layihələrin icrası ilə çox böyük tarixi işi görmüş oluruq.

Ağstafa şəhərində və rayonunda digər layihələr də icra edilir. Quruculuq, abadlıq işləri gedir, yeni təşəbbüslər irəli sürülür. Bu gün tarixi abidələr parkında görülmüş işlərlə tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Azərbaycanın qədim tarixi abidələrini və yeni abidələri orada görmək olar. Hər bir yerdə inkişaf, hər bir yerdə irəliləyiş vardır və bu, ölkəmizin gələcək uğurlu inkişafını təmin edəcəkdir.

Görülən bütün bu işlərin təməlində düşünülmüş siyasət dayanır. 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı həlledici rol oynamışdır. Bu il ikinci proqram başa çatır, gələn ilin əvvəlində 2018-ci ilə qədərki dövr üçün üçüncü proqram da qəbul ediləcəkdir. Orada da bu günə həll edilməmiş bütün məsələlər əksini tapacaqdır.

Mən çox şadam ki, yenidən Ağstafadayam. Ağstafa rayonunda bir neçə dəfə olmuşam. Prezident kimi, yadımdadır, birinci dəfə 2004-cü ildə gəlmişdim. O vaxt vəziyyət tam başqa idi. İndi Ağstafa inkişaf edir, çiçəklənir, qabaqcıl rayona çevrilir.

SAKİNLƏR: Sizin sayənizdə cənab Prezident.

Prezident İlham ƏLİYEV: mən bunu görəndə çox sevinirəm. Sizi görülmüş işlər, əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm. Sağ olun.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Zəlimxan kənd orta məktəbinin direktoru Qalib CƏFƏROV dövlətimizin başçısına həmyerlilərinin ən xoş arzularını çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident!

Sizi Ağstafa ictimaiyyəti adından təbrik edirəm. Bizim rayonumuza, gözəl Ağstafamıza xoş gəlmisiniz. Bayaq özünüz qeyd etdiniz. Sizin Ağstafaya hər gəlişiniz bütün insanların ürəyincədir. Siz böyük Heydər Əliyevin yadigarısınız, hörmətli Prezident! Ulu öndər Heydər Əliyev də həmişə ağstafalılara xüsusi məhəbbət bəsləyib. Bu gün ağstafalılar xoşbəxtdirlər ki, onun yadigarı Ağstafaya gəlib. Buna görə mən Sizə öz minnətdarlığımı bildirirəm. Böyük Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Heç insanın ağlına gəlməzdi ki, Azərbaycan, Ağstafa bu gün belə gözəl olacaqdır. İndi Ağstafa avropasayağı gözəl bir məkana çevrilib. Cənab Prezident, şəhərimizin, kəndlərimizin gözəlliyi insanı valeh edir.

Ağstafa yaxın illərdə bu dərəcədə gözəlləşib. Bunun hamısını, cənab Prezident, Siz edibsiniz. Buna görə biz ağstafalılar Sizə minnətdarıq. Sizin hər gəlişiniz Ağstafa üçün əlamətdar olur, bugünkü gəlişiniz də. Orada Ulu Öndərin müdrik kəlamı yazılıb: “Su həyat deməkdir”. Siz bu gün Ulu Öndərimizin müdrik sözlərini Ağstafada reallığa çevirmisiniz. Cənab Prezident, buna görə Sizə minnətdaram.

Mən böyük Heydər Əliyevi çox istəyirdim. Onun haqqında yazılar yazmışam. Mən müəlliməm. “Heydər Əliyev Azərbaycan məktəblilərinin gözü ilə” inşa müsabiqəsində bizim məktəbin şagirdi də qalib gəlib. Müsabiqəyə həsr olunmuş kitabda Ağstafanın da adı vardır. O yazının altında bizim məktəbin şagirdinin imzası gedir.

Budəfəki gəlişiniz zamanı, cənab Prezident, 40 mindən çox əhalisi olan rayonumuzun mərkəzi və yaxın kəndlər içməli su ilə təmin ediləcəkdir. Bu, çox xeyirxah məsələdir. Bizim rayonun ərazisindən Həsənsu çayı axır. Həsənsu çayının hövzəsindən həmişə ağstafalılar çirkablı, təmizlənməmiş sudan istifadə ediblər. Bu gün biz çox xoşbəxtik. Allah Ulu Öndərimizə rəhmət etsin. Onun müəyyənləşdirdiyi düzgün siyasət, onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı sərrast siyasət bu gün Ağstafanı belə gülüstana çeviribdir. Təkcə Ağstafa belə deyildir, cənab Prezident, bütün Azərbaycan belədir.

Biz tez-tez Azərbaycanın başqa rayonlarına da gedirik. Bu yaxınlarda Bakıda olmuşam. İnanın, cənab Prezident, Bakını tanımaq olmur. Adam elə bilir Parisdədir. Bəlkə də Parisdən də gözəldir. Ona görə cənab Prezident Sizə minnətdaram. Sevinirəm ki, böyük Heydər Əliyevin ideyaları yaşayır. Siz onun yadigarısınız, Siz onun işlərini davam etdirirsiniz. Biz də bu işdə Sizə kömək etməliyik.

Ağstafada bundan əlavə gözəl bir Səməd Vurğun parkı yaradılıbdır. Mən o parka girəndə, Ağstafaya baxanda Səməd Vurğunun:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan! - misraları yadıma düşür. Bu misraları parkdakı kitab abidəsinin üzərinə yazıblar. Onu Siz yazdırmısınız, cənab Prezident. Səməd Vurğunun səksən illiyində ulu öndər Heydər Əliyev bu şeiri dedi, özü də gözləri doldu. İnanın, cənab Prezident, mən uşaq kimi ağladım. Gör bu insan öz Vətənini nə qədər sevib. Bu gün Səməd Vurğunun ruhu şaddır. Onun misraları kitab abidəyə yazılıb. Bildiyimə görə Azərbaycanda belə bir abidə yoxdur, ancaq Ağstafadadır. Buna görə Sizə minnətdaram. Siz ötən dəfə Ağstafaya gələndə, - səhv etmirəmsə keçən il aprelin 12-si idi, - “Yazıçılar evi”ndə bizim yazıçılarla görüş keçirdiniz. Həmin binanı da bizim yazarların xahişi ilə Siz tikdirmisiniz. Ondan sonra çox böyük işlər görülüb. Əziz ağstafalılar, görün bir il ərzində Prezidentimiz nələr edib. Ona görə, cənab Prezident, biz Sizə minnətdarıq. Ağstafalılar adından Sizə təşəkkür edirəm. Ürəyimdə o qədər söz var ki, cənab Prezident, nə qədər danışsam da qurtaran deyildir. Şagirdlərimdən biri ulu öndər Heydər Əliyev haqqında inşasında belə bir şeir yazmışdır. Bu sözlər Sizə də aiddir, cənab Prezident:

İllər ağartdığı saçların kimi,

Ellərin yanında üzün də ağdır.

Xalqın ürəyinə yatan işlərin,

Nəsildən-nəslə yaşayacaqdır.

Cənab Prezident, Siz çıxışlarınızın birində dediniz ki, mən Bakını gəzəndə bir uşaq mənimlə görüşdü. Dediniz ki, uşaqdan soruşdum: Sən məni tanıyırsan? Cavab verdi ki, bəli tanıyıram, sən Heydər babanın oğlusan.

Cənab Prezident, biz sizinlə fəxr edirik. Siz ingiliscə, rusca danışanda övladlarıma deyirəm: Gör Azərbaycanın nə qədər böyük, dəyərli bir oğlu vardır. İstənilən milləti öz dilində danışdırır. İstənilən milləti öz dilində başa salır. Başa düşməyəni səmimi başa salır. Biz bununla fəxr edirik. Siz bizim fəxrimizsiniz, cənab Prezident. Allah Sizə cansağlığı versin.

Biz oktyabr ayında keçiriləcək prezident seçkilərində seçimimizi etmişik. Biz Sizi Azərbaycana əbədi prezident seçmişik. Biz Sizə səs verəcəyik. Siz böyük Heydər Əliyevdən Azərbaycan xalqına yadigar qalıbsınız. Ona görə də biz Sizinlə fəxr edirik.

Ağstafa gündən-günə gözəlləşir. Xahiş edirəm bir ildən sonra yenə Ağstafaya gəlin ki, rayonumuz ikiqat gözəlləşsin. Biz ağstafalılar Sizi çox istəyirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun!

Qalib CƏFƏROV: Biz Sizin əsgərinizik. Torpaqlarımızı düşməndən azad etmək üçün əmrinizi gözləyirik. Tale elə gətirib ki, biz dünyaya özünü məzlum kimi göstərən bir dövlətlə qonşu olmuşuq. O dövlətin prezidenti ulu öndər Heydər Əliyevin də qabağından qaçırdı. Biz inanırıq ki, Prezident İlham Əliyevin də qabağından qaçacaqdır. Nəhayət, onlar Azərbaycan torpaqlarından da qaçacaqlar.

Bir daha, cənab Prezident, mən Sizə minnətdaram. Mənim çoxdankı arzum idi ki, Sizin qarşınızda çıxış edəm. Nəhayət, bu, mənə qismət oldu. Mən çıxışımı şagirdimin böyük Heydər Əliyevə yazdığı şeiri bir daha təkrarlamaqla bitirirəm:

İllər ağartdığı saçların kimi,

Ellərin yanında üzün də ağdır,

Xalqın ürəyinə yatan işlərin,

Cənab Prezident, nəsildən-nəslə yaşayacaqdır.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Səmimi sözlərə, mənim fəaliyyətimə verdiyiniz qiymətə görə sizə minnətdaram. Mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim. 2003-cü ildə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən xalq üçün yaşayacağam. İndi son 10 ilin təcrübəsinə nəzər saldıqda görürük ki, doğrudan da, az iş görülməyib 10 il ərzində.

Azərbaycan istənilən sahədə güclənib. Azərbaycan indi regional dövlətdir. Azərbaycan dünya miqyasında çox böyük nüfuza malik olan bir ölkədir. Beynəlxalq məsələlərin həllində biz o zirvələrə çatmışıq. O zirvədən yuxarı zirvə yoxdur. Yəni, biz BMT Təhlükəsizlik Şurasının üzvüyük. Ermənistan da bizimlə bərabər bu yarışa girmişdi, 4 ölkə var idi. Macarıstan, Sloveniya, Azərbaycan və Ermənistan. Ermənistan tərəfi biləndə ki, bizim qabağımızda aciz qalacaq, yarışdan çəkildi. Yəni, sakitcə, qorxaqcasına çəkildi, öz namizədliyini geri götürdü. O vaxt mən bir daha gördüm ki, Azərbaycanın gücü nə qədər böyükdür. Bir daha əmin oldum ki, bax, siyasi səhnədə bizdən qaçan kimi, döyüş meydanında da bizdən qaçacaqdır. Azərbaycanda ötən ay keçirilən hərbi parad bir daha bizim qüdrətimizi göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Son il 10 ərzində biz hər bir istiqamət üzrə işləmişik ki, ölkəmizi gücləndirək. Əlbəttə, Azərbaycanın önəmi, resurslarımız, coğrafi vəziyyətimiz və ümumiyyətlə, strateji əhəmiyyətimiz diktə edir ki, biz təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərək. Ordu quruculuğu, təhlükəsizlik tədbirləri ön planda olmalıdır.

Bu gün Azərbaycanın istənilən nöqtəsində hər bir vətəndaş rahat yaşayır, özünü çox rahat hiss edir. Təhlükəsizlik şəraitində yaşayır. Bu, böyük bir nəticədir, böyük bir nailiyyətdir. Çünki biz görürük dünyanın müxtəlif yerlərində hansı hadisələr baş verir. Qarşıdurmalar, toqquşmalar, vətəndaş müharibələri, qanlı qırğınlar, eyni zamanda, etiraz dalğası bəzi ölkələri bürüyübdür. İndi dünyada kütləvi etiraz hökm sürür. Yəni, bu görünür ki, zəmanənin əlamətidir. Elə dövr var ki, sakitçilik yaranır, amma elə dövr var ki, istənilən yerdə - Yaxın Şərqdə, Avropada, başqa yerlərdə bax bu kütləvi etiraz dalğası müxtəlif formalarla özünü büruzə verir. Biz görürük ki, Azərbaycanda vəziyyət tam başqadır. Azərbaycan elə bil ki, bu alovlanan qonşuluqda necə deyərlər, bir sabitlik adasıdır. Biz Azərbaycanı qoruyuruq və qorumalıyıq.

SAKİNLƏR: Sağ olun! Çox sağ olun! Var olun!

Prezident İlham ƏLİYEV: Mən də çalışıram ki, Azərbaycanı bütün bəlalardan, bütün təhlükələrdən qoruyum. Qorumaq lazımdır və qoruyuruq.

SAKİNLƏR: Sağ olun, cənab Prezident!

Prezident İlham ƏLİYEV: Bu gün məsəl üçün Bakıya gələn qonaqlar nəyi deyirlər? Əlbəttə ki, Bakının gözəlliyini vurğulayırlar.

SAKİNLƏR: Bakı gözəldir.

Prezident İlham ƏLİYEV: Siz deyirsiniz ki, Bakı indi Avropa paytaxtlarına oxşayır. Əlbəttə ki, bu yüksək qiymətdir. Ancaq mən hesab edirəm ki, Bakı bir çox meyarlar üzrə onları da arxada buraxıb.

Mənimlə görüşən xarici qonaqlar bir şeyi də vurğulayırlar ki, burada insanlar rahat gəzirlər, çıxırlar küçələrə, insanların üzü gülür, belə xoş ab-hava hökm sürür. Bu, onları təəccübləndirir. Çünki bir çox yerlərdə insanların əhval-ruhiyyəsi o qədər də yüksək səviyyədə deyildir. Haradasa müəyyən iqtisadi məsələlər, haradasa digər problemlər insanları incidir. Əlbəttə, Azərbaycan cəmiyyətində də problemlər vardır, hər bir ailədə problemlər vardır. Amma bütövlükdə götürəndə cəmiyyətdə çox gözəl ruh yüksəkliyi, nikbinlik vardır.

Bütün beynəlxalq sorğular da onu göstərir ki, Azərbaycan vətəndaşı gələcəyə çox böyük nikbinliklə baxır. Bu yaxınlarda bir mötəbər təşkilat ölkələrdə xoşbəxtlik indeksi üzrə sorğu keçirib. Azərbaycan ilk onluğa daxil edilib. Bu, müstəqil bir Avropa qurumudur, beynəlxalq qurumdur. Xoşbəxtlik indeksi nə deməkdir? Yəni, insanlar özlərini necə hiss edirlər. Ona görə bax bu müsbət ab-hava, dinamizm, quruculuq və nəticələr insanları daha da ruhlandırır.

Daxili siyasətlə bağlı Azərbaycanda vəziyyət çox sabitdir. İqtisadi sahə ilə bağlı son 10 il ərzində bizdə olan inkişaf heç bir başqa ölkədə olmayıb. Bunu hər kəs indi sadəcə olaraq statistik rəqəmlərə baxmaqla yəqin edə bilər. Heç bir başqa ölkədə son 10 il ərzində Azərbaycan qədər inkişaf olmamışdır. Yəni, mən çalışmışam ki, bütün bu istiqamətlər üzrə öz xidmətimi göstərim. Bu, mənim borcumdur. Mən öz borcumu belə başa düşürəm. Hesab edirəm ki, hər bir prezident öz vəzifə borcunu dərk etməlidir. Bəziləri üçün prezident kürsüsü bir imtiyazdır, bəziləri üçün bir imkandır. Mənim üçün bu, məsuliyyətdir və xalq tərəfindən göstərilən böyük inamdır. Mən bu inamı hər gün doğrultmağa çalışıram.

Belə layihələr məni sizin qədər sevindirir, bəlkə də sizdən də çox. Çünki mənim üçün ən başlıca amal odur ki, insanlar daha da yaxşı yaşasınlar. Hər tikilən bina, çəkilən yol, açılan müəssisə, yaxud ki, su kəməri mənim gücümü və inamımı daha da artırır. Şadam ki, bu müddət ərzində öz xalqıma xidmət edə bilmişəm. Azərbaycan xalqına minnətdaram ki, mənə bu imkanı yaradıbdır.

SAKİNLƏR: Sağ olun! Eşq olsun! Biz də Sizə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Deyirsiniz gələn il, gələn il də məmnuniyyətlə gələrəm.

SAKİNLƏR: İnşallah.

Prezident İlham ƏLİYEV: Mən hər il gəlirəm. Keçən il də olmuşam. Ondan əvvəlki il də.

SAKİNLƏR: Xahiş edirik. Siz hər gələndə Ağstafa inkişaf edir.

Allah Sizi saxlasın, Allah Sizi, ailənizi qorusun, balalarınızı qorusun, cənab Prezident!

Sizə cansağlığı arzulayırıq!

Sizdən çox razıyıq, sağ olun!

X X X

Sonra Prezident İlham Əliyev yeni xətlə şəhərə suyun verilməsini bildirən düyməni basdı.

Dövlətimizin başçısı şəhərin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması sahəsində görülən işlərlə tanış oldu.

Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov məlumat verdi ki, Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı Sərəncama əsasən, Azərbaycanın bir sıra regionları ilə yanaşı, Ağstafa rayonunun da sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilmişdir. Plana Ağstafa şəhərinə içməli su xəttinin çəkilişi də daxil idi. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmışdır. Layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabrında “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanılmış və layihənin ilk mərhələsi başa çatmışdır.

Diqqətə çatdırıldı ki, su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir. Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya tələbatını tam ödəyəcəkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.

Bildirildi ki, layihənin icrası üç mərhələyə bölünmüşdür. Əvvəlcə magistral boru xətti, su anbarları, xlorvurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə subartezian quyularından su anbarlarına müxtəlif diametrli polietilen borulardan ibarət xətt, su anbarlarından şəhər şəbəkəsinə qədər isə uzunluğu 4,27 kilometr olan magistral su xətləri çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, nasos stansiyası, suya xlorvurma və laboratoriya binaları tikilmiş, 1000 kubmetrlik mövcud su anbarı təmir edilmiş, həcmi 1500 kubmetr olan yeni su anbarı inşa olunmuşdur.

Növbəti mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq dəmir yolu boyunca Həsənsu və Vurğun kəndləri zonasında beş subartezian quyusu qazılmış, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli su-kanal idarəsi üçün inzibati bina və istehsalat bazası tikilmişdir.

Layihənin icrasının üçüncü mərhələsində çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya şəbəkələri sisteminin potensialı Ağstafa şəhərinin Xətai qəsəbəsi, Qaçaq Kərəm və Yenigün kəndlərini əhatə edir. Məhsuldarlığı gündə 5 min kubmetr olan çirkab təmizləyicisinə əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaqdır.

Prezident İlham Əliyev layihənin icrasının uğurla davam etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi .

X X X

Sonda xatirə çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir VİDEO

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub