SİYASƏT


Azərbaycan Prezidenti: Ən dəqiq məlumatı biz veririk, əgər erməni xalqı real vəziyyəti öyrənmək istəyirsə, bizə qulaq assın

Bakı, 15 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin NTV kanalına müsahibəsində söyləyib.

“Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü, - Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur, - 33 tank, özü də saz vəziyyətdə, indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi, 35 ədəd OSA hava müdafiə sistemi və başqa texnikalar məhv edildi. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsıldı, yəni çökür”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib: “Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu, onları daha da sarsıdacaq. Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi eşitsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.