İQTİSADİYYAT


Azərbaycan Prezidenti: Biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik

Bakı, 3 avqust, AZƏRTAC

Badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Bu, böyük imkanlardır.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin fəaliyyəti ilə tanışlıq və “Azbadam” MMC-nin badam emalı zavodunun açılışında söyləyib.

Abşeron torpaqlarının zeytun və badam yetişdirmək üçün ən münbit torpaqlar olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik”.

Prezident İlham Əliyev, həmçinin bildirib ki, son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir: “Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.