SİYASƏT
Azərbaycan Prezidenti: Gələn il sürətli inkişaf ili olacaq
Bakı, 1 avqust, AZƏRTAC
İqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaq. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, gələn il sürətli inkişaf ili olacaq: “Maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.