RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir VİDEO

Bakı, 26 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə son illər Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluq ifadə olundu, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp rasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin