RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
Qəbələ, 10 sentyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlmişdir.
Sentyabrın 10-da dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.