RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşü olub VİDEO

London, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi. O, Bakıya səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin