RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü VİDEO
Münxen, 6 fevral, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.