SİYASƏT


Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını və Krallığın Vəliəhdini milli bayram münasibətilə təbrik edib

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin qardaş xalqlarımızın iradəsinə uyğun olaraq daim qarşılıqlı inam, etimad və dəstək ruhunda inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralına möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyib.

X X X

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Krallığın Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda da təbrik məktubu göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.