CƏMİYYƏT


Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in İrana göndərdiyi humanitar yardım ünvana çatdırılıb

Bakı, 11 aprel, AZƏRTAC

İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Hökuməti adından aprelin 10-da bu ölkəyə göndərdiyi humanitar yardım ünvana çatdırılıb və aidiyyəti üzrə təhvil verilib. Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Xatırladaq ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.

Qeyd edək ki, İranda baş vermiş təbii fəlakət insan itkisinə və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.