SİYASƏT


Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb

Budapeşt, 19 sentyabr, AZƏRTAC

Macarıstana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Nazirlər iki ölkə arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə ətraflı fikir mübadiləsi apardılar. Ölkələr arasında yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğu vurğulandı. İkitərəfli iqtisadi münasibətlərin inkişafı və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi üzrə fikir mübadiləsi aparıldı.

Nazirlər, habelə iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayaraq, bu xüsusda növbəti görüşün yeri və tarixinin müəyyənləşdirilməsi tapşırığını verdilər.

Türk Şurasının Bakı şəhərində keçiriləcək 7-ci Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşündə Qırğız Respublikasının təmsilçiliyi məsələsi müzakirə olundu.

Görüşdə nazirlər, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.