REGİONLAR
Azərbaycan “Qızıl payız” sərgisində iştirak edəcək
Moskva, 9 oktyabr, AZƏRTAC
Moskvada “Qızıl payız” XX Rusiya aqrosənaye sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində açılacaq sərgidə Azərbaycan da öz ekspozisiyasını təqdim edəcək.
15 xarici ölkənin, o cümlədən Çin, İrlandiya, Türkiyə, İtaliya, Almaniya, İspaniya, Avstriya, Niderland, Qazaxıstan, Belarus və digər dövlətlərin nümayəndələri sərgidə fəal iştirak edəcəklər. Təşkilatçıların sözlərinə görə, “Qızıl payız” yubiley sərgisində Rusiyanın 60-dan çox regionundan və 15 xarici ölkədən nümayəndələr bu və ya digər formatda öz iştiraklarını planlaşdırıblar.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan sərgi “Sərhədsiz imkanlar” devizi altında keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva