ORDU
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatı
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə bəyanat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda görülən effektiv və önləyici tədbirlər nəticəsində düşmənin bu planının vaxtında aşkar olunduğu qeyd edilib.
“Bütün cəbhəboyu əməliyyat şəraiti və ümumilikdə vəziyyət daim nəzarətimiz altındadır. Eyni zamanda, xəbərdar edirik ki, düşmənin gələcəkdə də bu cür fəaliyyətinin qarşısı daha sərt şəkildə alınacaq. Görüləcək cavab tədbirləri amansız olacaq və qarşı tərəfin verəcəyi böyük itkilərə görə bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşəcək”, - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.