Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycan Respublikasında İnzibati Məhkəmələr-10 il” kitabının təqdimatı keçirilib YENİLƏNİB VİDEO

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ali Məhkəməsində “Azərbaycan Respublikasında İnzibati Məhkəmələr-10 il” adlı kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab ölkəmizdə inzibati məhkəmələrin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində nəşr olunub.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun 2011-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə Azərbaycanda inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliyinə) qarşı hüquqi müdafiənin yeni təkmil mexanizmlərinin tətbiqinə başlanılıb. Ötən 10 il ərzində ölkəmizdə inzibati məhkəmə icraatı sahəsində normativ bazanın formalaşdırılması prosesi təkmilləşdirilib, məhkəmə sistemində mərhələli keçidlə tam ixtisaslaşmanın yaradılması təmin edilib.

Kitabda Azərbaycanda məhkəmə hakimiyyətinin tarixi və dövlət müstəqilliyi bərpa edildikdən sonra məhkəmə-hüquq sahəsində həyata keçirilən köklü islahatlar və görülən genişhəcmli əməli işlər barədə məlumat verilir, inzibati ədliyyənin ötən 10 illik tarixinə ətraflı nəzər salınaraq bu sahədəki inkişaf və qazanılmış nailiyyətlər göstərilir, inzibati məhkəmələrin fəaliyyəti və əldə edilmiş nəticələr təhlil olunur. İnzibati məhkəmə icraatının səmərəliliyinin və keyfiyyətinin daha da artırılmasına nail olmaq məqsədilə gələcəkdə həyata keçiriləcək işlərdən bəhs edilir.

Kitab bu il “Elm və təhsil nəşriyyatında nəfis tərtibatda çap olunub. Buraxılışa məsul Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovdur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev nəşrin təqdimat mərasimində çıxış edərək bildirib ki, 10 il bundan əvvəl ölkəmizdə inzibati məhkəmə icraatının tətbiqinə başlanılıb. Bu önəmli hadisə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların növbəti mühüm mərhələsini təşkil edib. İnzibati Prosessual Məcəllənin və “İnzibati icraat haqqında” Qanunun tətbiqi, ilk növbədə Konstitusiyada təsbit edilmiş qanunun aliliyinin təmin edilməsi və hüquqi dövlət quruculuğu məqsədlərinə xidmət edib, bununla bağlı səmərəli mexanizmləri təmin etməyə yönəlib. Yeni inzibati hüquq modelinin qəbulu ölkəmizdə dövlət-vətəndaş münasibətlərinə tamamilə yeni yanaşma gətirib.

Ölkəmizdə inzibati məhkəmələrin fəaliyyəti ilk gündən inzibati orqanların qərarlarına və hərəkətlərinə qarşı hüquqi müdafiənin ədalətli mübahisələndirilməsinə və obyektiv hüquqi qiymət verilməsinə əsaslanır. Bunun nəticəsində inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ bazanın formalaşdırılması prosesi yekunlaşdırılıb, inzibati münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılması qaydası təsbit edilib. Artıq mülki prosesdən fərqli olaraq inzibati məhkəmə icraatında məhkəmənin yardım etmək vəzifəsi, işin hallarını xidməti vəzifəsinə görə araşdırmaq borcu və s. kimi yeni prosessual qayda və prinsiplər tətbiq olunur.

Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını və bu sahədə islahatların dərinləşdirilməsinin təməlinin qoyulduğunu vurğulayan Ali Məhkəmənin sədri bildirib ki, sənəddə ədalət mühakiməsi sahəsində ixtisaslaşmanın dərinləşdirilməsi həlledici vasitələrdən biri kimi müəyyənləşdirilib. Buna uyğun olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv edilib, bu sahədə ölkəmizdə ixtisaslaşmış məhkəmələrin iki sistemi – inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb. Bununla da həm ixtisaslaşmanın artırılmasına şərait yaradılıb, məhkəmə quruluşu optimallaşdırılıb, eləcə də məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edilib.

Ali Məhkəmənin sədri qeyd edib ki, inzibati məhkəmələr ötən on il ərzində ölkəmizdə həyata keçirilən davamlı islahatlar nəticəsində məhkəmə sistemindəki layiqli yerini tuta bilib. Təqdimatı keçirilən bu kitabda inzibati məhkəmələrin fəaliyyətinə dair toplanmış məlumatlar fikrimizi möhkəmləndirən yetərli mənbədir. İnzibati məhkəmələrdə baxılan işlərin təhlili göstərir ki, bu məhkəmələrdə baxılan işlərin sayı ildən-ilə artır. İnzibati məhkəmələrin timsalında vətəndaşlarımız səmərəli və işlək hüquqi müdafiə imkanı əldə ediblər.

“Məhkəmə təcrübəsinin öyrənilməsi bu qənaətə gəlməyə əsas verir ki, vətəndaşların hüquqlarının daha səmərəli və vaxtında təmin edilməsinə dair ümumi məqsədə nail olmaq üçün inzibati məhkəmə icraatı ilə yanaşı, paralel olaraq inzibati orqanlardakı icraatın qanunvericiliyin tələblərinə uyğun aparılması işi də daim təkmilləşdirilməlidir. İnzibati orqanlar öz fəaliyyətlərində inzibati mübahisələrə baxılması gedişində məhkəmələr tərəfindən formalaşdırılmış hüquqi mövqeləri nəzərə almalıdırlar. Hesab edirik ki, məhkəmə-hüquq sistemində aparılan davamlı islahatlara uyğun olaraq inzibati məhkəmələrin fəaliyyəti də daim yeni dövrün tələblərinə və çağırışlarına uyğun qurulmalı, insan hüquqlarının yeni standartlara uyğun daha yaxşı təmin edilməsinə nail olmaq üçün məhkəmə icraatının səmərəliliyinin və keyfiyyətinin artırılması prioritet olmalıdır. İnanırıq ki, inzibati məhkəmələr bundan sonra da yaradılma məqsədlərinə uyğun fəaliyyətlərini məsuliyyətlə davam etdirəcək və ölkəmizdə insan və vətəndaş hüquqlarının qorunması işinə öz layiqli töhfələrini verəcəklər”, - deyə Ali Məhkəmənin sədri bildirib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov İnzibati hüquq sahəsində həyata keçirilən islahatların məqsədindən, İnzibati məhkəmələrin 10 illik fəaliyyəti nəticəsində əldə edilmiş uğurlardan və problemlərdən, həmçinin yeni çağırışlardan danışıb.

İnzibati məhkəmələrin tarixinə toxunan kollegiya sədri Azərbaycanda “İnzibati icraat haqqında” qanun qəbul edilənədək inzibati orqanlarda icraat qaydalarının ayrı-ayrı qanunlarda nəzərdə tutulmuş normalar və çoxsaylı normativ hüquqi aktlar əsasında tənzimləndiyini və fraqmental xarakter daşıdığını vurğulayıb. Bu sahədə vahid qanun olmadığından müxtəlif dövlət orqanlarında icraat qaydalarının müxtəlif olmasının vətəndaşların hüquqlarının pozulmasına yol açdığını qeyd edən X.Məmmədov bildirib ki, bu baxımdan vətəndaş və dövlət arasında qarşılıqlı münasibətlərin daha demokratik, şəffaf və konstitusion təminatlara uyğun icraat qaydalarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edirdi.

Kollegiya sədri bildirib ki, ölkəmizdə inzibati hüquq sahəsində həyata keçirilən islahatların məqsədi məhz bu halları aradan qaldırmaq üçün idarəçilik fəaliyyətinə hüquqi dövlət prinsipinin tələblərinə uyğun tamamilə yeni konseptual yanaşma gətirməkdən ibarət olub. İslahatların konsepsiyası ona əsaslanıb ki, məhz konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyi, şəffaflığı və sadəliyi vətəndaşları inzibati orqanların və vəzifəli şəxslərin özbaşınalığından, süründürməçiliyindən qoruya bilər. Digər tərəfdən isə belə vahid icraat prosedurları dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və faydalı iş əmsalının, idarəçilik funksiyalarının yerinə yetirilməsi ilə bağlı onların məsuliyyətinin artırılmasını təmin edərdi. İnzibati orqanların idarəçilik fəaliyyəti üzrə icraat qaydalarının vahid qanun səviyyəsində nizama salınmasının əhəmiyyəti bir çox demokratik, hüquqi dövlətlərdə artıq çoxdan birmənalı qəbul olunub.

Təqdimat mərasimində inzibati məhkəmələrin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri arasında keçirilən bilik yaraşmasına yekun vurulub, qaliblərə sertifikatlar verilib.

Sonda tədbir iştirakçıları inzibati məhkəmələr barədə təqdimatı izləyiblər.

“Azərbaycan Respublikasında İnzibati Məhkəmələr-10 il” kitabının təqdimatı keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib