İQTİSADİYYAT


“Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”nın iclası keçirilib

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”nın növbəti iclası keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, ilkin olaraq Üçtərəfli Komissiyanın 2022-ci il üçün iş planı tərəflərin diqqətinə çatdırılıb və təsdiq edilib.

Daha sonra Beynəlxalq Əmək Təşkilatının “İcbari əməyin ləğv edilməsi haqqında” Konvensiyasının (105 saylı Konvensiya) Azərbaycanda icra vəziyyəti müzakirə olunub. Beynəlxalq Əmək Təşkilatının Standartların Tətbiqi üzrə Komitəsinin həmin Konvensiyasının icrası ilə əlaqədar təqdim etdiyi tövsiyələr ətrafında sosial tərəfdaşlar tərəfindən bu istiqamətdə görüləcək işlər barədə məsləhətləşmələr aparılıb. Müzakirələr nəticəsində ilkin olaraq komitənin tövsiyələri nəzərə alınmaqla aidiyyəti milli qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılması imkanlarının araşdırılması qərarlaşdırılıb.

Qeyd edək ki, Üçtərəfli Komissiya Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsi və sosial-iqtisadi məsələlərin müzakirəsinin üçtərəfli qaydada təşkili üçün yaradılan, Baş Kollektiv Sazişin icrasını daimi əsaslarla təmin edən platformadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.