Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib. Gündəliyə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi daxildir.

Ziyad Səmədzadə bildirib ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb. Dünyada ölkələr arasında toqquşmaların, ziddiyyətlərin artmasına baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür. Bunun nəticəsidir ki, dünyada artan gərginliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirir.

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və hesabat “Büdcə sistemi haqqında” Qanunun 20.3-cü maddəsinə uyğun olaraq hazırlanıb. Hesabat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcları və dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.

Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, hesabat ilində fiskal yığcamlaşdırma siyasətinə paralel olaraq əsas sosial vəzifələrin, o cümlədən aztəminatlı ailələrin ünvanlı sosial yardımının gücləndirilməsi, sosial sahələrdə infrastrukturun gücləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluq səviyyəsinin artırılması, müdafiə tədbirlərinin və dövlət borcu xidməti xərclərinin stabil maliyyələşməsi kimi zəruri öhdəliklər maliyyə təminatı əsasında nail olunub, bəzi dövlət müəssisələrinin kreditor borclarının tənzimlənməsində kömək göstərilib.

Maliyyə nazirinin müavini A.Bayramov qeyd edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrə təsirsiz ötüşməyib. Bundan əlavə, FED-in uçot dərəcələrinin artması dolların qiymətini artırıb ki, bu da bir sıra problemlərə səbəb olub. Baş verənlər təbii ki, Azərbaycana da təsirsiz ötüşməyib. Lakin dünya iqtisadiyyatında baş verən mənfiliklərin ölkəmizə həddindən artıq təsirinin qarşısının alınması istiqamətində mühüm addımlar atılıb.

Nazir müavini vurğulayıb ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 2017-ci il 1 yanvar tarixinə 2 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb.

ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29 faiz təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3 faizə çatıb ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz çoxdur.

A.Bayramov əlavə edib ki, hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbət olacağını proqnozlaşdıra bilərik. “Ötənilki dövlət büdcəsinin gəlirləri 2016-cı ildə gəlirləri 16822,0 milyon manat proqnoza qarşı 17505,7 milyon manat və ya 104,1 faiz icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 29,0 faizə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7714,8 min manat çox olub. 2016-cı ildə dövlət büdcəsinin xərcləri 18495,0 milyon manat proqnoza qarşı 17751,3 milyon manat və ya 743,7 milyon manat az və ya 96,0 faiz icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 milyon manat və ya 0,2 faiz azdır. Dövlət büdcəsi xərclərinin ÜDM-ə faiz nisbəti 29,4 faiz təşkil edib.

2016-cı ildə dövlət büdcəsinin kəsiri 245604,1 min manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31231,6 min manat, xarici qrantlar 12325,5 min manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186818,5 min manat göstərilib”, - deyə nazir müavini qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, ötən il Azərbaycanda sahibkarlarla bağlı yoxlamaların sayı 1000 dəfə azaldılıb. Bu da sahibkarların daha sərbəst fəaliyyətinə şərait yaradıb. Sahibkarlarla bağlı maarifləndirmə işlərinin aparıldığını deyən nazir müavini bildirib ki, bu dövr ərzində sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilib. 21 regionda 26 işgüzar forum təşkil olunub. Hesabat dövründə sahibkarların beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə tədbirlər keçirilib. Bu müddətdə 137 tədbir təşkil olunub ki, bu da Azərbaycanın ixrac potensialının artmasında böyük əhəmiyyət daşıyır.

S.Həsənova diqqətə çatdırıb ki, Azərbaycanda açıq iqtisadiyyatın olduğu nəzərə alınaraq ötən ildən ölkəmizdə ixracın təşkili istiqamətində Prezident tərəfindən imzalanan sərəncam və fərmanların icrası ilə bağlı işlər davam etdirilib. Ötən il 3 ixrac missiyası həyata keçirilib ki, cari ildə də ixracın təşviqinin genişləndirilməsi nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edib. “Azərbaycanın ixrac gəlirləri azalıb, bu da ölkənin bank sektorunda problemlər yaradıb. Bunların həlli üçün çevik iqtisadi siyasət tədbirləri müəyyənləşdirilib və artıq həyata keçirilməyə başlanılıb, Maliyyə Sabitliyi Şurası yaradılıb. Əvvəlki illərdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq ötən il ərzində qeyri-neft sənayesi 5 faiz, informasiya və rabitə sektoru 4,5 faiz artıb”, - deyə S.Həsənova bildirib.

S.Həsənova söyləyib ki, əczaçılıq sənayesinin idxalda xüsusi çəkisi böyükdür. Əczaçılıq sənayesinin yenidən yaradılması həm daxili tələbatın ödənilməsinə, daha sonra isə ixraca yönəlib. Nazir müavini əlavə edib ki, Azərbaycanın investisiya qoyduğu nəqliyyat, tranzit sahələri uğurla inkişaf edir. Ötən il Azərbaycan ərazisindən 23 minə yaxın yük avtomobili keçib ki, bu da 2015-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyi barədə məlumat verib.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI