Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olub [YENİLƏNİB] VİDEO

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim edilən əsər haqqında qısa məlumat verərək fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşrini müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisə adlandırıb. Bildirilib ki, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə sanballı töhfədir. Bir neçə gündən sonra dövlət müstəqilliyimizin bərpasının 25 illiyi tamam olur. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla yubileylə bağlı Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq Azərbaycan müstəqilliyinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Bu tədbir də onlardan biridir.

Azərbaycanın dövlətçilik tarixinin son dövrlərinə ekskurs edən Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində xalqımız böyük çətinliklərlə üzləşmişdi. Siyasi ziddiyyətlər baş qaldırır, cəmiyyətdə emosionallıq hökm sürürdü. Müstəqilliyin doğurduğu yüksək əhval-ruhiyyə çox keçmədən xaosla əvəz olundu və ideoloji boşluq yarandı. Sonradan Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin göstərdiyi yolla gedərək səfərbər oldu və milli dövlət quruculuğu istiqamətində ardıcıl addımlar atılmağa başlandı.

“1993-cü ildən sonrakı dövr müstəqil Azərbaycan dövlətinin formalaşmasında dönüş nöqtəsi sayıla bilər. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik və ardıcıl siyasi kurs ölkənin inkişafı üçün təməl oldu. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tam siyasi sabitliyə nail olub”, - deyə Ə.Mehdiyev vurğulayıb.

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin əhəmiyyətindən söz açan Prezident Administrasiyasının rəsmisi bu dəyərli nəşrə görə Tarix İnstitutunun əməkdaşlarına təşəkkürünü bildirib.

Təqdimatı keçirilən ikicildlik son illərdə institutda nəşr olunan digər çoxsaylı sanballı əsərlər kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Bu barədə məlumat verən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış bu əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür.

Bildirilib ki, birinci cild fundamental elmi araşdırma olmaqla müstəqillik tariximizin 1991‐2003‐cü illərini əhatə edir. Bu dövr müstəqil Azərbaycanın tarixinə Heydər Əliyev dövrü kimi daxil olub. Əsər Tarix İnstitutunda Heydər Əliyev irsinin araşdırılması məqsədilə aparılan çoxsaylı elmi tədqiqat işləri əsasında yazılıb. “Azərbaycan Respublikasının tarixi”nin birinci cildində 1991‐ci ildə dövlət müstəqilliyimizin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir. Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. Cildin digər fəsli qorxunc təhlükələrlə üz‐üzə qalmış Azərbaycan dövlətçiliyinin xilası üçün Heydər Əliyevin rəhbərlik etdiyi qurtuluş hərəkatından bəhs edir. Digər fəsillərdə oxuculara Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında yorulmaz fəaliyyəti barədə geniş məlumat verilir. Bu mövzular arasında Azərbaycan Respublikasının xarici siyasətinə həsr olunmuş fəsil diqqəti xüsusilə cəlb edir.

Qeyd olunub ki, kitabın ikinci cildində 2003-2016-cı illərdə ölkədə həyata keçirilən geniş islahatlar proqramının icrasına, aparılan böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində qazanılmış uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr edilib. Vurğulanıb ki, sosial‐iqtisadi inkişafın müasir Azərbaycan modelinin formalaşdığı və həyata keçirildiyi bu dövr müstəqil Azərbaycanın tarixinə İlham Əliyev dövrü kimi daxil olub. Təsadüfi deyil ki, ikinci cild “Müstəqillik tariximizin İlham Əliyev dövrü” adlı məqalə ilə açılır. Burada dövlətimizin başçısının mürəkkəb tarixi şəraitdə həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkəsinə və Cənubi Qafqazın lider dövlətinə çevrilməsindən bəhs olunur.

Y.Mahmudov deyib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alimlər tərəfindən yazılıb. Hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi bu sahə üzrə görkəmli mütəxəssis, professor Əli Həsənovdur.

Əsərin tədqiqatçılar, təhsil sistemi işçiləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edən Tarix İnstitutunun direktoru bu nəcib işdə əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbirdə AMEA Rəyasət Heyəti İctimai Elmlər Bölməsinin akademik katibi, akademiyanın müxbir üzvü Nərgiz Axundova, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı Fəzail Ağamalı və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun çıxışları dinlənilib. Çıxış edənlər bildiriblər ki, kitabda Azərbaycan dövlətçilik tarixinin son 25 illik dövrünün hər bir mühüm məqamı əksini tapıb. Tarix İnstitutunun əməkdaşları ilə yanaşı, tanınmış mütəxəssislərin böyük zəhməti sayəsində işıq üzü görən bu fundamental kitablar Azərbaycanın ən yeni tarixinin araşdırılmasına və yubileyə gözəl hədiyyədir. Dövlətçilik ənənələrinin lakonik formada təqdim olunması əsərin dəyərini daha da artırır.

 

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO