İQTİSADİYYAT


Azərbaycan Rusiya avtomobillərinin beşinci idxalçısıdır

Moskva, 8 yanvar, AZƏRTAC

Azərbaycan Rusiya minik avtomobillərinin idxalçıları arasında beşinci yerdədir.

AZƏRTAC xəbər verir ki, “AVTOSTAT” analitiklərinin hesablamalarına görə, ötən ilin yanvar-noyabr aylarında Avrasiya İqtisadi Birliyi dövlətləri istisna olmaqla, Rusiyadan digər ölkələrə 26 min minik avtomobili ixrac olunub.

Reytinq cədvəlində ilk yeri Rusiya istehsalı olan 6,3 min avtomobil idxal edən Çexiya tutur. Sonrakı yerlərdə Ukrayna (3,8 min) və Özbəkistan (3,1 min) qərarlaşıblar. Lider üçlüyünün arxasından isə müvafiq olaraq 2,9 min və 2,4 min minik avtomobili idxal edən Latviya və Azərbaycan gəlirlər.

Serbiya, Estoniya, Slovakiya, İraq və Macarıstan da hesabat dövründə Rusiyadan ən çox minik avtomobili idxal edən ölkələr sırasına daxildirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.