CƏMİYYƏT


Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri nəticəsində son bir ildə 186 ədəd sərhəd nişanı quraşdırılıb

Bakı, 16 avqust, AZƏRTAC

Son bir ərzində Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib,186 ədəd sərhəd nişanı quraşdırılıb. Onlardan 142 əsas, 44 köməkçidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib.

Bildirib ki, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğının göstərilməsi, yaralanmış hərbi qulluqçuların DSX Hərbi Hospitalında, respublikamız ixtisaslaşmış tibb müəssisələrində müayinəsi, müalicəsi, reabilitasiyası təmin olunmuş və onlardan ağır yaralanmış (xəsarət almış) hərbi qulluqçuların xarici ölkələrdə müalicəsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.