SİYASƏT


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanat İspaniya KİV-lərinin diqqət mərkəzindədir

Madrid, 10 noyabr, AZƏRTAC

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda 45 gündür davam edən döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanat İspaniya KİV-lərinin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Dövlət Televiziyasının “Xəbərlər” proqramında, habelə ölkənin böyük oxuyucu kütləsinə malik “El Mundo”, “La Vanguardia” qəzetlərinin elektron versiyalarında yayımlanmış məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da imzaladığı birgə bəyanatın müddəaları, habelə sözügedən sənədin iştirakçı ölkələrin xalqları tərəfindən necə qarşılanması əksini tapıb.

Məlumatlarda Azərbaycanın dövlət başçısının Rusiya Prezidenti ilə keçirdiyi videokonfrans formatında görüşündə səsləndirdiyi fikirlərə xüsusi diqqət yetirilib: “Üç tərəfli bəyanatın imzalanması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacaq”.

Birgə bəyanata qeyd olunur ki, bu sənəd təqribən altı həftə ərzində davam edən ağır döyüşlər və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində əldə edilib. Belə ki, bundan bir gün əvvəl rəsmi Bakı döyüş bölgəsində onlarca yaşayış məntəqəsinin azad olunduğunu bəyan edib.

Məlumatlarda Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri də yer alıb: “Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Bu qərar hərbi vəziyyətin dərindən təhlili və sahənin ən yaxşı mütəxəssisləri ilə aparılan müzakirələr əsasında qəbul edilib”.

Məqalələrdə Azərbaycan üçün böyük əhəmiyyətə malik Şuşa şəhərinin noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən azad olunması xüsusi vurğulanır.

Ermənistanda iğtişaşların başladığı, etirazçıların hökumət və parlament binalarını ələ keçirdiyi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu diqqətə çatdırılır.

Nigar Cəfərli

AZƏRTACın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.