İQTİSADİYYAT


Azərbaycan Sahibkarlar Konfederasiyası Brüsseldə keçirilən konfransda təmsil olunub

Bakı, 16 may, AZƏRTAC

Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Konfransda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətov iştirak edib.

ASK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldovadan dövlət, özəl sektor, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı hər bir ölkənin timsalında sonrakı mərhələdə peşə təhsili, iqtisadiyyatın rəqəmsallaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı və sair istiqamətdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.