Azərbaycan Sahibkarlar Konfederasiyası fərqlənən tələbələrə sertifikat təqdim edib
AzerTAg.az
Bakı, 27 may, AZƏRTAC
Tələbələr üçün təcrübə imkanları, xüsusən də universitetlərin son kursunda, məzun olmağa hazırlaşanlar üçün real biznes müəssisələrində təcrübə keçmək, biznesmenlərdən təlim almaq əhəmiyyətli bir imkandır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) istehsalat təcrübəsinə qəbul edilən 100 tələbəyə belə bir şərait yaradıb.
ASK-dan AZƏRTAC-a bildirilib ki, tələbələr müxtəlif mövzularda təlimlərə qatılmaq, eyni zamanda, fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Bir neçə ay müddətinə davam edən təcrübə dövründə fərqlənmiş 23 tələbə Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən sertifikata layiq görülüblər.

Xəbərin mətnində orfoqrafik səhv var